vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
16:48 | 19 avqust 2024 | Bazar ertəsi Məqaləyə 158 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səmada təşviş

Pilotu huşunu itirən təyyarə təcili eniş edib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Polşadan Cənubi Kiprə uçan 225 sərnişinli “Wizzair” təyyarəsi məcburi eniş edib. Paytaxt Varşavanın Şopen Hava Limanından Kiprin yunan administrasiyasının Larnaka şəhərinə uçan “Airbus A321” tipli təyyarədə pilot huşunu itirib.

Hadisədən sonra ikinci pilot vəziyyəti dərhal qülləyə çatdırıb və təyyarənin təcili olaraq Varşavaya qaytarılması qərara alınıb.

Yerli vaxtla saat 07:00 radələrində qalxdığı hava limanına rahat eniş edən sərnişin təyyarəsinin halsız pilotu təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

Larnakaya başqa təyyarə ilə göndəriləcək sərnişinlərin gözləməsi davam edir.