Konsulluq yaxınlığında atışma
Münhendəki İsrailin diplomatik nümayəndəliyi qarşısında silahlı şübhəli güllələnib
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sərt qaydalar gəlir
Şengen zonasına Almaniyadan sonra bir zərbə də Hollandiyadan
-
Şengen böhranı
Almaniyanın AB ölkələrini qəzəbləndirən qərarı
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Almaniya həyəcan içində
Nahar vaxtı əsgərlərə hücum etməyi planlaşdıran şübhəli saxlanılıb
-
MAQATE-də İran müzakirələri
Qərb Tehranın nüvə silahları əldə etməsinə mane olmaqda qərarlıdır
-
Altı ayda 25 faizə yaxın azalma
Yanvar-iyun dövründə Almaniyada şirkətlərin müflisləşməsində ciddi artım
-
“Ksenofobiya və irqçiliyin əleyhinəyik”
Almaniyanın ana müxalifət lideri Merz: “Mühacir əsilli insanlara ehtiyacımız var”
-
“Qoy çörəkpulu qazansınlar”
Olaf Şolz ölkəsinin immiqrasiyaya ehtiyacı olduğunu vurğulayıb
-
Almaniyanın immiqrasiya qərarına AB-dən etiraz
“Birlik ölkəsi yalnız müstəsna hallarda daxili sərhəd nəzarətini həyata keçirə bilər”
-
Təhdid dolu məktublar
Almaniyanın üç əyalətindəki məktəblərdə dərslər dayandırılıb
-
Berlindən Moskvaya növbəti ittiham
“Rusiya hərbi kəşfiyyat bölməsi NATO ölkələrinə kiberhücumlar həyata keçirib”
-
Seçki, yoxsa Berlin divarı?
Radikal sağın “tarixi” qələbəsi yenidən birləşən Almaniya üçün sarsıdıcı məğlubiyyətdir
-
Qadınlardan qorxan diktatorun hərəmxanası
Nasist liderinin qəribəliklərlə dolu sevgi həyatı: “Soyuq və aseksual idi”
-
Şolza sorğu şoku
Anketə qatılanların 74 faiz, hakim partiya tərəfdarlarının isə tən yarısı Almaniya kanslerini istəmir
-
Hər ailəyə 2-3 min avro
Almaniyaya 8 ayda 174 min 369 immiqrant daxil olub, onların 20 min 426 nəfəri türkdür
-
“İqtisadiyyat ilişib və ölüb”
Almaniya ÜDM-si üçüncü rübdə də azalsa, ölkə texniki tənəzzülə girəcək
Almaniyanın Münhen şəhərinin polisi bu gün (sentyabrın 5-də) İsrail konsulluğu və nasist sənədləşdirmə mərkəzinə yaxın ərazidə bir şübhəlini güllələdiyini açıqlayıb.
“Associated Press”in məlumatına görə, Almaniya polisi “X” sosial şəbəkəsində verdiyi açıqlamada güllələnən şəxsin yaralandığını bildirsə də, təfərrüatları açıqlamayıb.
Açıqlamada hadisə ilə bağlı başqa şübhəlilərin olduğuna dair heç bir işarənin olmadığı bildirilib.
Həmin şəxsin hansı səbəbdən şübhəli sayılması ilə bağlı məlumat verilməyib.
Münhendəki İsrail konsulluğu yaxınlığında silahlı şəxsin atəş açdığı bildirilir. İsrail Yayım Korporasiyasının məlumatına görə, hücum nəticəsində ölən və yaralanan olmayıb, hücum edən şəxs zərərsizləşdirilib.
Sosial şəbəkələrdə yayılan videoda atışma əks olunub. Bu hadisə 1972-ci il Münhen Olimpiadasında hücumun ildönümündə baş verib.