Altı ayda 25 faizə yaxın azalma
Yanvar-iyun dövründə Almaniyada şirkətlərin müflisləşməsində ciddi artım
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
524 gəmi, 13 milyon ton taxıl
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
-
Tehran Berlinə qəzəblənib
İran XİN Almaniyanın sanksiyasını “təxribatçı” adlandırıb
-
Türkiyədə baş verən siyasi qətllər
(İkinci yazı)
-
Alman kəşfiyyatı Klintonun şəxsi danışığını yazıb
Səsyazma təsadüfən olubsa da məhv edilməyib
Almaniyada iqtisadi tənəzzül və yüksək kredit faizləri səbəbindən bu ilin ilk yarısında müflisləşən şirkətlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24,9 faiz artaraq 10 min 702-yə çatıb.
Bu rəqəmlər Almaniya Federal Statistika İdarəsi (Destatis) avqust ayı və ilin birinci yarısı üçün iflas ərizəsi məlumatlarında qeyd olunub.
Sözügedən dövrdə ölkədə hər 10 min şirkətdən 31,2-si iflas elan edib. Ən çox iflas 10 minə 60,9 hadisə ilə nəqliyyat və anbar sektorunda qeydə alınıb. Bunu hər 10 min nəfərə 47,4 hadisə ilə tikinti sektoru izləyib.
Şirkətlərin iflas iddiaları ilə bağlı kreditorlara ödənilməsi gözlənilən borc ilk yarıda 32,4 milyard avro olaraq qeyd edilib. Sözügedən borc 2023-cü ilin yanvar-iyun dövründə təxminən 13,9 milyard avro olub.
Yanvar-iyun dövründə korporativ müflislərlə yanaşı, 35 min 371 borclu şəxsi iflas üçün də müraciət edib. Sözügedən rəqəm 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artıb.
Məlumatlara görə, avqust ayında ötən illə müqayisədə iflas müraciətləri 10,7 faiz artıb.
Almaniya iqtisadiyyatı yenidən tənəzzülə uğramaq riski altındadır
Digər tərəfdən, Almaniya iqtisadiyyatı artan faiz dərəcələri, dövri dalğalanmalar və struktur dəyişiklikləri fonunda böyüməkdə çətinlik çəkir. İnvestisiyaların azalması səbəbindən iqtisadiyyat ilin ikinci rübündə 0,1 faiz kiçilib.
Alman Mərkəzi Bankı isə 3-cü rübdə daha aşağı artım gözləyir. İqtisadi Araşdırmalar İnstitutu da üçüncü rübdə ümumi daxili məhsulun (ÜDM) daha da azalmasının mümkün olması fikrindədir.
Almaniya iqtisadiyyatı üçüncü rübdə daralsa, texniki tənəzzülə girəcək. Texniki tənəzzül “ardıcıl olaraq iki rüb ərzində ÜDM-də azalma” olaraq təyin olunsa da, Almaniya 10 illik yaxşı iqtisadi artımdan sonra pandemiyanın ilk ili olan 2020-ci ildə 2009-cu ildən bəri ilk dəfə tənəzzül yaşayacaq.
Almaniya hökuməti bu il iqtisadiyyatda 0,3 faiz artım gözləyir.