vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AVROPA  
20:12 | 13 sentyabr 2024 | Cümə Məqaləyə 129 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Almaniya həyəcan içində

Nahar vaxtı əsgərlərə hücum etməyi planlaşdıran şübhəli saxlanılıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyada əsgərlərə hücum etməyə hazırlaşan radikal islamçı tutulub. Münhen şəhərində həbs edilən şübhəli ekstremistin alman hərbçilərə qarşı planlaşdırdığı hücumu nahar fasiləsi zamanı etmək istədiyi məlum olub.

“Euronews”un verdiyi xəbərə görə, şübhəlinin mümkün qədər çox əsgər öldürməyi və ictimaiyyət arasında etibarsızlıq hissi yaratmağı istədiyi düşünülür.

Münhen Prokurorluğu tərəfindən verilən açıqlamada, 27 yaşlı suriyalının radikal İslam ideologiyasını dəstəkləməkdə şübhəli bilindiyi bildirilib. Şübhəlinin bu ayın əvvəlində hər biri təxminən 40 santimetr uzunluğunda iki dəyənək əldə etdiyi və onlarla əsgərlərə hücum etməyi planlaşdırdığı iddia edildi.

Prokurorluqdan verilən açıqlamada şübhəlinin bir gün əvvəl həbs olunduqdan sonra hakim qarşısına çıxarıldığı, lakin məxfilik qaydalarına uyğun olaraq adının açıqlanmadığı bildirilib.

Həbs avqustun 23-də Almaniyanın qərbində Solingen şəhərində 3 nəfərin ölümü və 8 nəfərin yaralanması ilə nəticələnən hücumdan sonra baş verib. Solingen hücumunda şübhəli bilinən 26 yaşlı suriyalı saxlanılıb.

Son zorakılıq hadisələri Almaniyanı dərindən sarsıtdı və immiqrasiya məsələsini yenidən ölkənin siyasi gündəminə gətirdi. Bundan sonra Almaniya Daxili İşlər Nazirliyi bu həftə bütün doqquz sərhəd qapısında müvəqqəti sərhəd nəzarətini genişləndirdi. Altı ay davam etməsi planlaşdırılan sərhəd nəzarətləri, Avropanın birliyinə təhlükə törətdiyi səbəbiylə tənqid edilir.