Rusiya hərbi xərcləri artırır
Kreml 2020-ci ilədək silahların 70 faizini müasir modellərlə əvəz etmək istəyir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Diplomatik kriz
“Deportasiyalar İki ölkə münasibətlərinə düzəldilməz ziyan vuracaq”
-
Vyetnam müharibəsi taktikası
“Pilotlar çox təhlükəli missiyalara göndərilir”
-
“Öz ərazilərini vururlar”
Hədəfdən böyük ölçüdə yayınmalar bombalanmanın uğrursuzluğunu göstərir
-
“Hücum şimaldan olacaq”
“III Dünya müharibəsinə 4 milyondan çox hərbçi qatılacaq!”
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
16.04.14 - Kreml 2020-ci ilədək silahların 70 faizini müasir modellərlə əvəz etmək istəyir...
Rusiya Ümumi Daxili Məhsulla (ÜDM) müqayisədə silaha ABŞ və Avropa ölkələrindən daha çox pul xərcləyir. Aprelin 13-də hərbi xərclər üzrə tədqiqat qrupu «Sipri» tərəfindən verilən məlumatda belə deyilir.
ABŞ ümumi şərtlərlə hərbi xərclərdə dünyanın aparıcı ölkəsi olmaqda davam edir, lakin ötən illə müqayisədə onun xərclərində 7 faizdən çox azalma müşahidə edilib. Bu da əsasən İraq və Əfqanıstandan geri çəkilmə ilə bağlıdır. Bu barədə «EUobserver» xəbər portalı məlumat verir.
Həmçinin ABŞ hərbi xərcləri ÜDM-nin 3,8 faizini təşkil edir. Rusiya isə 2013-cü ildə öz hərbi büdcəsini ÜDM-nin 4,1 faizə qaldırdı. 2004-cü ildə isə bu göstərici 3,5 faiz təşkil edirdi.
2011-2020-ci illər üçün Dövlət Silahlanma Planını həyata keçirməyə davam edərkən Rusiyanın xərcləri artıb. Həmin plana görə Rusiya yeni və modernləşdirilmiş silahlara görə 20,7 trilyon rubl xərcləməyi nəzərdə tutur. Məqsəd 2020-ci ilədək silahların 70 faizini müasir modellərlə əvəz etməkdir.
İşğalçı Rusiya ilə müharibənin bir addımlığında olan Ukrayna ötən illə müqayisədə bu il öz hərbi xərcini 16 faiz artırıb.
Siprinin məlumatına əsasən, hərbi xərclərinə görə dünyada ikinci yeri tutan Çin də 2013-cü ildə öz büdcəsini 135 milyard dollar qaldırmışdı. Bu isə ÜDM-nin 2 faizini təşkil edirdi.
Hərbi xərclərinin çoxluğuna görə dünyada ilk 15 yeri tutan dövlətlərdən 4-ü Avropa ölkəsidir.
Ötən il Rusiyadan sonra gələn və 4-cü yeri tutan Fransa indi 5-ci yerdə qərarlaşan Səudiyyə Ərəbistanından sonra gəlir. 2004-2013-cü illərlə müqayisədə, Fransa öz hərbi büdcəsini 6,4 faiz azaldıb.
Britaniya 41 milyard avro ilə Fransadan sonra gəlir. Ötən onilliklə müqayisədə 2 faizlik azalma müşahidə olunur.
Dünya üzrə yeddinci yeri tutan Almaniya (35,2 milyard avro) 2004-2013-cü illər arasında öz hərbi xərclərini artıran yeganə Avropa ölkəsidir. Belə ki, Almaniyada 3,8 faizlik artım müşahidə olunub.
İtaliya isə əksinə olaraq öz hərbi xərclərini 26 faiz azaldıb. 2013-cü ildə 23,6 milyard avroluq büdcə ilə 11-ci yeri tutur.
Qeyd edək ki, Avstriya, Belçika, Yunanıstan, İrlandiya, İtaliya, Niderland, İspaniya və Böyük Britaniya da daxil olmaqla, həmçinin Polşa və Estoniyanı çıxmaqla, bütün Mərkəzi Avropa ölkələrində son 10 ilin hərbi xərclərində azalma qeydə alınıb.