vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
KRİMİNAL, CİNAYƏT  
21:15 | 16 iyun 2014 | Bazar ertəsi Məqaləyə 1488 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sabiq rəis müavini intihar edib

Mafioz DİN rəsmisi dindirilmə zamanı özünü pəncərədən atıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya DİN Korrupsiyaya qarşı mübarizə idarəsinin sabiq rəis müavini Boris Kolesnikov İstintaq İdarəsində dindirilmə zamanı pəncərədən özünü ataraq intihar edib.


Məlumata görə, Korrupsiyaya qarşı mübarizə idarəsinin sabiq rəis müavini 2014-cü ilin fevralında həbs edilmişdi.

Kolesnikov səlahiyyətlərindən sui-istifadə və mütəşəkkil cinayətkar dəstənin yaradılması üzrə cinayət işinin əsas fiqurantlarından idi.

İstintaqın zamanı Kolesnikov ona qarşı sürülən ittihamları rədd edərək qanun çərçivəsindən kənara çıxmadığını iddia edirdi.

Faktla bağlı Rusiya DİN-də araşdırma aparılır. (APA)