vaxtlı-vaxtında oxuyun! Bazar, 19 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TEXNİKA  
02:57 | 30 oktyabr 2016 | Bazar Məqaləyə 2458 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«WhatsApp»a «Facebook» qadağası

Avropa Birliyi «mübadilə»yə icazə vermir

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Birliyi dünyanın ən populyar mobil messenceri «WhatsApp»ın «Facebook»la məlumat mübadiləsini dayandırmasını tələb edib. Bu mübadilə istifadəçilərin konfidensial və fərdi məlumatlarının oğurluğu kimi dəyərləndirilib.

Milli.Az The Wall Street Joutnal»a istinadən bildirir ki, Avropa Birliyində məlumatların müdafiəsi məsələləri ilə məşğul olan «29-cu maddənin işçi qrupu» məktub yayaraq «WhatsApp» və «Facebook» arasındakı anlaşmadan dolayı ciddi narahatlıq keçirdiyini bildirib. Mobil messenceri satın almış «Facebook» bu minvalla «WhatsApp»ın bütün istifadəçilərinin telefon nömrələri və digər məlumatlarına yiyələnib.

««WhatsApp» istifadəçiləri servisdən istifadəyə başlayanda belə «mübadilə»yə icazə verməmişdilər. İstifadəçilərin hüquqlarının tam müdafiəsi təmin edilməyincə «WhatsApp» və «Facebook» arasında mübadilə dayandırılmalıdır», - açıqlamada deyilir.