vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
RƏY, REPLİKA  
17:56 | 16 may 2017 | Çərşənbə axşamı Məqaləyə 2690 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu qərarı anlaşılan deyil»

«Biz Rusiyanın Minsk qrupunun həmsədri kimi tərəfsiz olduğunu görməmişik»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bəzi qüvvələr var ki, Rusiya ilə Azərbaycanın münasibətlərini pozmağa çalışırlar. İki ölkə prezidentlərinin münasibəti normaldır». «Report»un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

O bildirib ki, bu cür addımlar iki ölkə arasındakı münasibətlərə kölgə salır.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir, ona görə də tərəfsizliyini nümayiş etdirməlidir: «Biz bunu görmürük. Ola bilməz ki, hansısa qeyri-hökumət təşkilatının sənədlərində problem olmasın. Bu, həll edilə bilən bir şeydir».

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli qeyd edib ki, Rusiyanın bu qərarı anlaşılan deyil: «Son illər Azərbaycanla Rusiya arasında starteji əməkdaşlıq yüksək səviyyədə olub. Rusiya tərəfi bilməlidir ki, Ali Məhkəmənin qəbul etdiyi bu qərar münasibətlərə ciddi ziyan vurur. Ümid edirik ki, növbəti mərhələdə bu qərara düzəliş olacaq».

Virtualaz.org xatırladır ki, dünən Rusiya Federasiyası Ali Məhkəməsində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə Rusiya Ədliyyə Nazirliyinin iddiası üzrə proses keçirilib. Ali Məhkəmə iddianı təmin edərək, ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verib.