vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNEY  
16:45 | 31 may 2017 | Çərşənbə Məqaləyə 1900 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rejimdən güneyli alpinistə hörmətsizlik

Dünyada 16 alpinistdən biri olan Əzim Qeyçisazın qarşılanmasına heç bir rəsmi qatılmayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyanın 8 min metrdən yüksək olan 14 zirvəsini fəth edən güney azərbaycanlı alpinist Əzim Qeyçisaz İrana dönərkən rejimin soyuq münasibəti ilə qarşılaşıb.

İdmançı mayın 29-da Tehranın Xomeyni hava limanına endiyi zaman heç bir rəsmi şəxs, o cümlədən Gənclər və İdman Nazirliyinin nümayəndələri tərəfindən qarşılanmayıb, onun qarşılanması üçün rəsmi mərasim də təşkil edilməyib. Belə münasibət keçmişdə də azərbaycanlı idmançılara qarşı dəfələrlə nümayiş etdirilib.

Buna baxmayaraq bir çox tanınmışı azərbaycanlı və idmansevər gənclər böyük uğurlara imza atmış Əzim Qeyçisazı qarşılamaq üçün hava limanına gedib, onu alqışlarla qarşılayıblar.

Məşhur alpinist mayın 19-u saat 12:22-də Lhotse zirvəsini fəth edərək dünya alpinistlərinin səkkiz minliklər klubuna qoşulmağı bacarıb. 8516 metr hündürlükdə olan Lhotse zirvəsini 40 günı fəth edən alpinist, bunun üçün ümumilikdə 9 il hazırlaşıb.

Əzim Qeyçisaz bu nailiyyətdən sonra dünya üzrə 8 min metr hündürlüyündə olan 14 zirvəni oksigen balonu olmadan fəth edən 16-cı alpinist olub.