vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
15:02 | 16 iyun 2017 | Cümə Məqaləyə 1777 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Allahsız Allahyari

Hökumət rəsmisi Güney Azərbaycanda baş verən sel fəlakəti ilə əlaqədar məsulları tənqid edənləri «mikrob» adlandırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərşəhr (Tufarqan) İcra Hakimiyəti başçısı Yədulla Allahyari Güney Azərbaycanda baş verən sel fəlakəti ilə əlaqədar məsulları tənqid edənləri «mikrob» adlandırıb. O bildirib ki, cəmiyyətdə belə mikrob və zərərverici ünsürlərin böyüməsinə icazə verilməməlidir.

Məlumata görə, son günlərdə Yədulla Allahyarinin Azərşəhr Yatırım və İşçi Qrupunun iclasındakı çıxışının Səs Faylı yayılıb. O, sel fəalakəti zamanı hökumət orqanları və rəsmi şəxslərin fəaliyyəti və yanaşmasını tənqid edənləri hədəfə alaraq bildirib ki, Azərşəhrdə baş verən sel fəlakəti zamanı bəziləri dövlətin xidmətlərini şantaj edib qarayaxma ilə məşğul oldular. Aydın məsələdir ki, onlar cəmiyyətin mikrob və zərərverici ünsürləridir.

Şəhər İcra Hakimiyyəti başçısı sözlərinin davamında deyib: «Bəziləri qərəzli şəkildə dövlətin xidmətlərini şantaj edib, onu başqa şəkildə təqdim etdilər. Onlar bir mikrob kimi cəmiyyətə ziyan vururlar. Belə insanlar dinsiz, əxlaqsız və inqilaba zidd olan şəxslərdir. Onların böyüməsinin qarşısı alınmalıdır, əks halda cəmiyyət belə mikrobların üzündən ziyan görəcək», - deyə Səs Faylında qeyd olunub.

Hökumət orqanlarını tənqid edənləri mikrob adlandıran Yədulla Allahyari dövlət rəsmilərini günəşə oxşadıb. «İdarə məsulları günəş kimidilər. Onlar mikrobların camiyyətdə böyüməsinə imkan verməməlidilər», - deyə o vurğulayıb.

Aprelin 14-də Güney Azərbaycanın bir neçə şəhərini sel basıb. Ağır maddi xəsarət və təxminən 50 nəfərin ölümünə səbəb olan təbii fəlakət ən çox Azərşəhr və Əcəbşer şəhərlərinə ziyan vurub. Dövlət Azərşəhrin Qələzar kəndində suyun yatağını yol kimi istifadəyə verdiyi üçün avtomobillər körpünün altından keçərkən sərnişinləri ilə birlikdə sel suları altında qalıb və çox sayda insan həlak olmuşdur. Dövlət rəsmiləri və bir çox mətbuat orqanı Qələzar körpüsündə baş verənləri təhrif edərək hadisə ilə bağlı yalan açıqlamalar verib, sel fəlakəti haqda həqiqəti əks etdirməyən məlumatlar yaymışdır.

Bu barədə hətta İran parlamenti Abadlaşdırma Komissiyası hazırladığı raportda itkilərlə bağlı 4 nazirliyi əsas təqsirkarlar kimi elan edib.

Raportda təqsirkarların mühakiməsi vəya cəzalandırılması barədə heç nə qeyd olunmasa da, təbii fəlakətdə verilən can və mal itkisində bu orqanların təqsirkar olduğu bildirilib.


- Enerji Nazirliyi: Sel təhlükəsi olan çaylarda bəndlərin olmaması səbəbindən daşqınlar kontrola alınmayıb, çayların ətrafındakı qumlar qanunsuz şəkildə qazılıb və digər yerlərə daşınıb, kənd və yaşayış məntəqələrinə yaxın çaylarda dibdərinləşdirmə və güvənlik işləri görülməyib, çayların hövzəsinə nəzarət olunmayıb.

- Kənd Təsərrüfatı Nazirliyi: Bölgədə yetəri qədər suayrıcı layihələri icra olunmayıb, bitki örtüyü olduqca zəifdir və otlaqla heyvandarlıq səviyyəsi bir-birinə uyğun deyil, bölgədə kənd təfərrüfatı və əkinçilik inkişaf etməyib.

- Yol və Şəhərsalma Nazirliyi: Mümkün daşqınların miqdarı düzgün hesablanmayıb və bu amil körpülərin tikilişində nəzərdə tutulmayıb, Çaylar ətrafındakı yollarda yetəri qədər məlumatverici tablo və nişanlar görünmür, bu məsələ nəzarətdə saxlanılmayıb.

- Ölkə Nazirliyi (Daxili İşlər Nazirliyi): Böhranla bağlı vaxtında xəbər çatdırılmayıb və bu məsələ düzgün idarə olunmayıb, sel təhlükəsi olan yerlərdə əhalinin toplaşmasına mane olmaq üçün düzgün tədbir alınmayıb.


Hazırda sel fəlakətindən 2 ay keçir, buna baxmayaraq hadisənin nəticələrinin aradan qaldırılması üçün dövlət tərəfindən heç bir tədbir alınmayıb.