vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AVROPA  
15:45 | 17 iyun 2017 | Şənbə Məqaləyə 1448 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

London yanğının itkiləri kəskin arta bilər

Polis itkin düşən azı 58 nəfəri ölmüş hesab edir

MÖVZU İLƏ ƏLAQƏLİ

«Grenfell Tower» yanğınında itkin düşmüş 58 nəfərin öldüyü ehtimal edilir, polis deyib. Londonun qərbində çərşənbə günü baş vermiş yanğında ölümü təsdiqlənmiş 30 nəfər sonuncu rəqəmə daxildir.

Komandir Stuart Kandi (Stuart Cundy) ölənlərin sayı «arta bilər» deyib və «mürəkkəb» axtarış əməliyyatının həftələr çəkə biləcəyini bildirib.

O, polisin yanğında həlak olanların cəsədlərini «mümkün olduqca tez» tapacağını deyib.

BBC-də olan məlumata əsasən itkin düşən şəxslərin sayı təxminən 70 ola bilər.

Binada keçirilən axtarış əməliyyatına cümə günü təhlükəsizlik yoxlamaları üçün fasilə verilib. Lakin şənbə günü axtarış əməliyyatı bərpa olunub, komandir Kandi deyib.

Şənbə günü həmçinin kraliça II Elizabetin doğum günüdür.

Ad günü mesajında, o, Mançester və London şəhərlərində son aylar baş verən fəlakətlər nəticəsində ölkədə «milli əhvalın hüznlü» olduğunu qeyd edib.

Xatırladaq ki, Londonun qərbindəki yaşayış binasında çərşənbə axşamı gecə saatlarından səhərə qədər baş vermiş yanğında ən azı 12 nəfər ölüb və 78 nəfər xəsarət alıb, təcili yardım xidmətlərinin rəsmiləri bildirib. Yaralılardan 18-nin vəziyyəti ağır olduğunu bildirilib.