vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
11:48 | 20 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 2500 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İftar ümumi gələcəyi qeyd etmək üçün gözəl imkandır»

Mark Şnayer İlham Əliyevi ABŞ-da nümunə göstərdi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bu mənim üçün Azərbaycan prezidenti İlham Əliyevin Bakıda Mədəniyyətlərarası dialoq üzrə IV Beynəlxalq Forumun gedişatında dinlərarası dialoqa dair səsləndirdiyi təşəbbüs haqqında danışmaq üçün yaxşı imkandır».

Bu bəyanatla ABŞ-da müqəddəs Ramazan ayı münasibəti ilə İsrailin Los-Ancelesdəki konsulluğu tərəfindən təşkil edilmiş tədbirdə Etnik Anlaşma Fondunun (Foundation for Ethnic Understanding) rəhbəri Mark Şnayer (Marc Schneier) çıxış edib.

Bu barədə haqqin.az məlumat yayıb.

Sayt xatırladır ki, Rebe Mark Şnayer ABŞ-da xristian və müsəlman icmalarının liderləri arasında dialoqu alqışlayır.

«İftara qonaq dəvət etmək – ümumi imanımızı və ümumi gələcəyimizi qeyd etmək üçün gözəl imkandır», - Şnayer qəbulda deyib.

O, tədbir iştirakçılarına Beynəlxalq dialoq üzrə təşəbbüsü Azərbaycanın xarici işlər naziri, eləcə də mədəniyyət naziri, həmçinin Nyu-Yorkda mayın 26-da xristianların liderləri ilə müzakirə etdiyindən danışıb.

«Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan din azadlığı ilə yanaşı, yəhudi və xristian icmalarının, eləcə də 2011-ci ildən Bakıda keçirilən Beynəlxalq forumlar sayəsində mədəniyyətlərarası və dinlərarası dialoqun dünya səviyyəsində aparılmasına vasitəçilik edir», - Mark Şnayer bildirib.