vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
12:45 | 10 iyul 2017 | Bazar ertəsi Məqaləyə 1679 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İlham Əliyev İstanbulda Reks Tillersonla görüşdü

Görüşdə ikitərəfli əlaqələr, o cümlədən siyasi və enerji sahəsində əlaqələr müzakirə edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

  • İlham Əliyev İstanbulda Reks Tillersonla görüşdü
  • İlham Əliyev İstanbulda Reks Tillersonla görüşdü
  • İlham Əliyev İstanbulda Reks Tillersonla görüşdü

İyulun 10-da Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşü olub. AzərTAc agentliyinin məlumatına görə, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi və enerji sahələrində uğurla inkişaf etdiyi qeyd olunub.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Prezident İlham Əliyev bu münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha bildirib, Ermənistanın təmas xəttində son hərbi təxribatı haqqında məlumat verib.

Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlərdən danışıb.

Reks Tillerson qeyd edib ki, ABŞ bu layihənin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək.

Prezident İlham Əliyev XXIV Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransının açılışı münasibətilə göndərdiyi təbrik məktubuna görə ABŞ Prezidenti Donald Trampa minnətdarlığının çatdırılmasını Reks Tillersondan xahiş edib. Dövlətimizin başçısı bu məktubu ABŞ-ın Azərbaycanın enerji siyasətinə, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyi kimi dəyərləndirib.

ABŞ-ın dövlət katibi Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyətini, eyni zamanda, ölkənin bu əməliyyatlarda logistik və nəqliyyat dəhlizi rolunu yüksək qiymətləndirib.

Söhbət zamanı, həmçinin Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatlar, demokratiyanın inkişafı ilə bağlı məsələlər müzakirə edilib.


***


11:11

Bu dəqiqələrdə İstanbulda ABŞ dövlət katibi Reks Tillersonla Azərbaycan prezidenti İlham Əliyevin görüşü başlayacaq. Bu barədə Turan-ın Vaşinqton müxbirinə ABŞ Dövlət Departamentindəki məlumatlı mənbə bildirib.

Müzakirə olunacaq məsələlər açıqlanmır. Ancaq sirr deyil ki, ənənəvi mövzulara - energetika, regional təhlükəsizlik, demokratiya və ikitərəfli münasibətlərə toxunulacaq.