vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
20:17 | 13 iyul 2017 | Cümə axşamı Məqaləyə 1923 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Nəticə əladır!»

Zakir Həsənov: «Azərbaycanın «İsgəndər» raketlərini vurub sala biləcək silahları var»

Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu vəzifədə olduğu müddət ərzində xarici KİV üçün ilk dəfə müsahibə verib. Virtualaz.org-un məlumatına görə, RİA Novosti-yə verdiyi müsahibəsində nazir bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanda yerləşdirilən «İsgəndər» komplekslərinin raketlərini vura biləcək silahlara malikdir.

Xatırladaq ki, «İsgəndər»lər ilk dəfə ötən ilin 21 sentyabrında, Ermənistanın müstəqilliyinin 25 illiyi şərəfinə İrəvanda keçirilən hərbi paradda nümayiş etdirilmişdi. Ancaq bəzi məlumatlara görə, onlar Errmənistan silahlı qavvələrinin sərəncamında daha əvvəldən var və ermənilər onları ötən ilin aprelində Dağlıq Qarabağda münaqişənin eskalasiyası zamanı döyüş hazırlığı vəziyyətinə gətiriblərmiş.

«Mən müdafiə naziri olaraq bəyan edirəm ki. biz bu raketləri vura bilərik. Bizdə həmin raketlərin sayı 50 dəfə çoxdur. Sözlərimə görə tam məsuliyyət daşıyıram. Əgər onlar həmin silahı tətbiq etsələr, təsəvvür edin, infrastruktur və hərbi obyektlərə cavab atəşi necə olacaq?!» - deyə Z.Həsənov vurğulayıb.

Nazirin sözlərinə görə, dünyada qoşunların yeridilməsinin bir neçə taktikası mövcuddur: «İsgəndər» yaxşı raketdir. Lakin bir neçə məsələ var. Birincisi, «İsgəndər»in bir çox növü var. İkincisi, həmin «İsgəndər» hansı vəziyyətdədir? Üçüncüsü, bu «İsgəndər»i kim idarə edir? Dördüncüsü, onu tətbiq etməyi bacaracaqlarmı? Biz hərbçi kimi, hər zaman ən pis varianta baxırıq, buna hazırıq. Sizə yuxarıda bəhs etdiyim raketlər Rusiyadan alınmayıb, amma keyfiyyətcə geri qalmır. Sizə deyə bilərəm ki, vəziyyəti modelləşdirib döyüş atışları həyata keçirmişik. Nəticə əladır! Bu gün biz əminik ki, yaşayış məntəqələrimizi və Silahlı Qüvvələrimizi müdafiə edə biləcəyik».