vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
QƏZA, FACİƏ  
23:52 | 3 avqust 2017 | Cümə axşamı Məqaləyə 2281 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əli Həsənovun maşını Bakıda qəzaya uğradı

İki nəfər həlak oldu, bir nəfər yaralandı, «Mercedes Gelandewagen» tamamilə yandı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda qəzaya uğrayan «Mercedes Galendevagen» avtomobili Azərbaycan baş nazirinin müavini Əli Həsənovun nəvəsinə məxsusdur. APA bildirir ki, yol-nəqliyyat hadisəsi zamanı Əli Həsənovun nəvəsinin sürücüsü Mehdi Əliyev həlak olub.


***


23.43

Bu gün axşam saatlarında Bakının Heydər Əliyev prospektində qəzaya uğrayan «Mercedes Galendevagen» baş nazirin müavini Əli Həsənova məxsusdur.


***


22:42

Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

APA-nın xəbərinə görə, «Mercedes Gelandewagen» markalı avtomobil paytaxtın Heydər Əliyev prospekti ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və arxadan «VAZ 21015» markalı avtomobilə çırpılıb.

Daha sonra «Mercedes Gelandewagen» yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçib və yanmağa başlayıb.

Qəza zamanı piyadanın da vurulduğu bildirilir. Qəza nəticəsində «Mercedes Gelandewagen»in sürücüsü də daxil olmaqla, iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Hadisədən sonra prospektdə uzun tıxac yaranıb.