vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ENERGETİKA  
13:41 | 4 avqust 2017 | Cümə Məqaləyə 1923 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«TAP ətraf mühitə mənfi təsir göstərmir»

Konsorsium Apuliyada turizmin inkişafına dəstək göstərməyə hazırdır

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan qazını Avropaya nəql edəcək Transadriatik boru kəməri (TAP) ətraf mühitə mənfi təsir göstərmir». Bunu «Trend»ə layihənin tikintisi üzrə konsorsiumun idarəçi direktoru Luka Şippati deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində müasir texnologiyalardan istifadə boru kəmərinin keçəcəyi ərazinin xüsusiyyətlərini maksimum şəkildə öyrənməyə imkan verir.

İcraçı direktor qeyd edib ki, ətraf mühit və sosial aspekti əhatə edən TAP investisiya planı yerli və regional inkişaf üçün əhəmiyyətli imkanlar yaradır.

L.Şippati bildirib ki, konsorsium Apuliya (İtaliya) regionunda turizmin inkişafına dəstək göstərməyə hazırdır.

Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə gedərək İtaliyanın cənubuna çatdırılacaq.

TAP Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşəcək.

Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz-2» yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP «Cənub Qaz Dəhlizi»nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə «Trans-Adriatik» (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur, hazırda layihə üzrə işlərin 55 faizi yerinə yetirilib. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: «Cənub Qaz Dəhlizi» QSC - 58 faiz, «Botaş» - 30 faiz və BP şirkəti - 12 faiz.