vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
16:44 | 8 avqust 2017 | Çərşənbə axşamı Məqaləyə 1758 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Serj müqavimət göstərə bilmir»

Və yaxud «Təsəvvür edin, yuxudan oyanırsız, Sərkisyan artıq yoxdur»

Tərcümə edən: İlqar ATABƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

«ArmenianReport» saytında Ambarsum adlı jurnalistin Ermənistan reallığını bütün çılpaqlığı ilə ortaya qoyan etiraflarla dolu, «Təsəvvür edin, yuxudan oyanırsız, Sərkisyan artıq yoxdur» başlıqlı maraqlı yazısı dərc olunub. Jurnalist əslində Sərkisyan hakimiyyətinin özünün heç nəyi həll etmədiyini, ölkəsinin bütün taleyinin, müqəddəratının Rusiyanın əlində olduğunu acınacaqlı şəkildə təsdiqləyib.

«Təsəvvür edirsiniz, yuxadan oyanırsınız və görüsünüz ki , Serj Sərkisyan artıq ölkədə yoxdur. Nə isə dəyişəcəkmi?

Mənə elə gəlir məsələni çox şişirmişik. Sərkisyanı bütün bəlalarımızın əsas səbəbkarı kimi göstərmək asandır. Düzdür, o oğrudur. Oğru isə həbsxanada olmalıdır. Məhz o, Ermənistanın Qərbə inteqrasiya olmaq ümidlərini dəfn etdi. Əvəzində ölü Avrasiya İttifaqına üzv olduq, hansı ki, heç kimə lazım deyil.

Bu həmin Sərkisyandır ki, hakimiyyətdə olduğu müddətdə Ramil Səfərovun Azərbaycana verilməsinin qarşısını ala bilməyən prezident kimi tarixə düşdü.

Bu cəmiyyətə ciddi siqnal idi - baş komandan düşmənə müqavimət göstərə bilmir.

Nəticədə aprel müharibəsini aldıq. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Bu məğlubiyyət idi. İnsanlar onun istefasını tələb etdilər, 800 hektar torpaq və çoxlu əsgər itirmişdik. Gənclərin ölümü Sərkisyanın ayağındadı, başı Ermənistanı qarət etməyi başı qatışdığından belə oldu.

İndi bu sual qəribə səslənsə də soruşacağam - Serj Sərkisyan getdiyi təqdirdə Ermənistanda oyunun qaydalarının dəyişəcəyinə kimsə inanırmı? Formal getməyini demirəm, prezidentlikdən baş nazirliyə keçəcəksə yenə bütün hakimiyyət öz əlində olacaq. Yox, təsəvvür edin ki, sabah yuxudan oyanırsınız və görürsünüz ki, Sərkisyan ölkədə yoxdur.

Düzdür, o hakimiyyətdən tam getməyi ağlına belə gətirmir. Qorxur ki, oğurladıqlarını əlindən alarlar. Etdiyi cinayətlərə görə qorxur.

Ancaq elə bir zəmanədə yaşayırıq ki, diktatorlar hakimiyyətlərini qəfildən itirirlər.

Dünən hamıya elə gəlirdi ki, onlar məğlubedilməzdir, bu gün gecə isə canını qaçmaqla qurtarır. Kimi Rusiyada sığınacaq tapar, kimisini səhrada öldürürlər.

Ermənistanda görəsən nə dəyişəcək? Rusiyaya gəlin baxaq. Kimsə inanır ki, bu gün Putin hakimiyyətdən getsə Rusiya Krımı Ukraynaya qaytaracaq, Kreml hibrid müharibələrə son qoyacaq, oyuncaq rejimləri dəstəkləməyəcək? Kimsə inanır ki , Rusiya Azərbaycana yenə silah satıb Ermənistana xəyanət etməyəcək?

Torpağımızdan işğalçı, bəli, bəli, məhz işğalçı qoşunlarını Gümrüdəki 102-ci hərbi bazadan çıxaracaq? Kimsə inanır ki, Rusiyanın yeni prezidenti Ermənistanın Qərbə inteqrasiyasına, demokratik olmasına icazə verəcək?

Cavab bəllidir- Rusiya başqa dövlət başçısı zamanında da eyni siyasəti həyata keçirəcək. Ona görə də Sərkisyanın gedişi ilə nəyinsə dəyişəcəyinə inanmaq sadəlövhlükdür. Kreml ona daha tez əvəz tapacaq. Hakimiyyətə ondan da qorxağını, zəifini gətirəcək və Ermənistanı Rusiyadan tam asılı edəcək birisini».