vaxtlı-vaxtında oxuyun! Cümə, 18 avqust 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 1.9972 AZN
Rusiya rublu 1 RUB = 0.0284 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1893 AZN
Türk lirəsi 1 TRY = 0.4808 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
23:43 | 12 avqust 2017 | Şənbə Məqaləyə 131 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakı ilə Naxçıvanı birləşdirən Mehri dəhlizini açmaq təklifi

Düşmən şokda: ikinci Qarabağ müharibəsi Zəngəzurda davam edə bilər

Cavid TURAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Belə bir situasiyada bəzi erməni ekspertlərin təşvişi də nəzərdən qaçmır. «Modus Vivendi» analitik mərkəzinin rəhbəri Ara Papyanın son açıqlamalarında Ermənistanı gözləyən fəlakətlərə dilə gətirilib. O bildirib ki, Azərbaycan rəhbərliyi erməni dövlətçiyini taqətdən salan taktika ilə hərəkət edir. «Azərbaycanın məqsədi bu regiondan erməni amilini yox etməkdir»-Papyan deyib. (istipress ttp://istipress.com/.com) Onun sözlərinə görə, Azərbaycan rəhbərliyinin nə ritorikası, nə də əməlləri dəyişməyib: «Onların məqsədi, demək olar ki, Qarabağ deyil. Onların məqsədi bu regiondan erməni amilini yox etməkdir. Qarabağ məsələsi, sadəcə, bəhanədir». Jurnalistlərlə həmin görüşdə iştirak edən digər iştirakçı, psixoloq Karine Nalçacyan isə öz növbəsində 2016-cı ilin aprel ayında baş vermiş hadisələrdən danışıb: «Əlbəttə, Azərbaycan tərəfinin məqsədi daha uzun müddətli idi. Amma keçən ilin aprel ayı bizi bir qədər ayıltdı».

Maraqlıdır ki, Ara Papyan bundan əvvəl də bir neçə sensasion açıqlamaları ilə gündəmə gəlib. Ermənistanın Kanadadakı keçmiş səfiri, hazırda siyasi ekspert kimi çalışan Papyan yazda Azərbaycanın yay aylarında müharibəyə başlayacağını demişdi.

O demişdi ki, Rusiya Qarabağın Azərbaycan qaytarılmasında maraqlıdır. «Bununla Kreml Azərbaycanı Avrasiya İqtisadi Birliyinə üzv etməyə şirnikləndirir».

Papyan hesab edir ki, Azərbaycan irimiqyaslı hərbi əməliyyatlara əl atmadan Dağlıq Qarabağda istədiyinə nail olur. Onun sözlərinə görə, Azərbaycan sərhəddə lokal hərəkətlərlə yorucu müharibə aparır. «Bunun nəticəsi odur ki, ötən il Ermənistandan və Qarabağdan miqrasiya güclənib. Bu, Azərbaycanın ən böyük qələbəsidir. Torpaq, ərazi ikincidir, ilk olan xalq və həmin torpağı qoruya biləcək insanlardır».

Silahlanmadan danışan Papyan onu da demişdi ki, iş Ermənistanın tez-tez söz açdığı «İskəndər»lərin tətbiqinə gəlib çatmayacaq. «İskəndər» alternativin qalmadığı hallarda əl atılacaq son silahdır». Qeyd edək ki, Papyan əvvəllər də Ermənistanda yaranmış vəziyyət barədə səs-küylü bəyanatlar verib. Bir neçə ay öncə o, Qarabağda baş verənləri «sürünən müharibə» adlandırmış və demişdi ki, hərbi əməliyyatların davam etdirilməsinin Xankəndinin üzərində bayrağın dəyişməsinə gətirib çıxaracağını Ermənistanda gözəl anlayırlar.

Keçmiş səfirin fikrincə, hadisələrin inkişafının daha bir variantı budur ki, «erməni tərəfi yeddi rayonu güzəştə gedəcək və əvəzində Dağlıq Qarabağ üçün aralıq status alacaq. İstək olduğu halda bunu qarşılıqlı güzəşt adlandırmaq olar. Deyəcəklər ki, bəs yeddi rayonu güzəştə getdik, onlar da Dağlıq Qarabağ üçün statusu güzəştə getdilər və gələcək barədə hansısa vədləri verdilər. Fəqət bunlar müqayisə ediləcək güzəştlərdirmi? Əlbəttə ki, yox! Bu qarşılıqlı güzəşt deyil, təslimçilikdir. Azərbaycan Prezidenti İlham Əliyev ilk mərhələdə 5, sonra 2, daha sonra isə 5 rayonu almaq, dördüncü mərhələdə Zəngəzuru, sonda isə İcevanı əldə etmək istəyir. Bu da olacaq. Əliyev həmişə səmimi olub və artıq neçə ildir deyir ki, hər şeyi almaq istəyir. O heç vaxt deməyib ki, mənə bir hissəni verin, bununla kifayətlənim».

«Qarabağ savaşını birinci, ikinci və ya üçüncüyə bölməyin tərəfdarı deyiləm. Savaş başlayıb və hələ bitməyib, indiki atəşkəs müvəqqətidir və heç icra olunmur, olunmamalıdır da». Politoloq Elxan Şahinoğlu bu fikirləri «Yeni Müsavat»a açıqlaması zamanı dedi. Ekspertin sözlərinə görə, torpaqlarımız işğal altında olduğu üçün düşmən daim təzyiq altında saxlanılmalıdır: «İşğala son qoymaq üçün düşmənə təzyiqi müxtəlif formalarda artırmaq lazımdır. Bu, aprel döyüşlərinin növbəti dəfə təkrarlanması da ola bilər, düşmənə Ağdam və Füzuli istiqamətində təzyiqin artırılması da ola bilər və ya Mübariz İbrahimov kimilərinin artması hesabına kamikazde döyüşçülərimizin qəhrəmanlığı da ola bilər. Əsas odur ki, işğalçıya rahatlıq verilməməli, zəbt etdiyi torpağa qoyduğu ayağının altı yanmalıdır. Başqa alternativimiz yoxdur». Politoloq bildirdi ki, Ermənistan sırf danışıqlar yolu ilə torpaqlarımızı boşaltmayacaq, hətta bunu istəsə belə, Rusiyadakı ağaları ona imkan verməyəcək: «İşğalçı dövlət bizə artıq sərhədboyu problemlər yaradır. Tovuz və Qazaxın Qarabağa aidiyyatı yoxdur. Ancaq oradan da bizi vururlar. Halbuki, düşmən bilir ki, bizim məqsədimiz Dağlıq Qarabağ və ətraf rayonların azad etməkdir, ancaq mənə elə gəlir ki, artıq bu strategiyadan imtina etmək lazımdır».

E.Şahinoğlu ermənilərin növbəti döyüşlə bağlı təşvişini də əsassız saymır: «Dövlət başçısı İlham Əliyev haqlı olaraq çıxışlarında mütəmadi olaraq Zəngəzurun və İrəvan xanlığının Azərbaycana mənsubiyyətindən danışır və buna görə də erməni təhlilçilər deyirlər ki, Azərbaycanın Ermənistan torpaqlarında, o cümlədən Zəngəzurda gözü var. Bəli gözümüz var və artıq bunu gizlətməməliyik. Hətta düşmən Naxçıvandan da arxayın olmamalıdır, bilməlidir ki, budəfəki müharibə genişmiqyaslı olacaq, aləm bir-birinə dəyəcək, savaş Qarabağdan başqa bütün sərhədboyunu, Zəngəzuru və Naxçıvanı da əhatə edə bilər. Biz bu dəfə bütün imkanlarımızı səfərbər etməliyik. Çünki biz Qarabağ və ətraf rayonların azad etmə əməliyyatında düşmən onsuz da bizə sərbədboyu və Naxçıvan istiqamətində problemlər yaradacaq. Ona görə düşməni bu imkanı vermədən həmin istiqamətlərdə özümüz işğalçıya problemlər yaratmalı. Ermənilər Laçını ona görə işğal etdilər ki, Dağlıq Qarabağla Ermənistan arasında dəhlizə nəzarət etsinlər. İndi də danışıqlarda bu koridoru nəzarətdə saxlayacaqlarına dair hamıdan təminat istəyirlər. Niyə onlara olar, bizə yox? Biz də Azərbaycanın materik hissəsi ilə Naxçıvan arasındakı dəhlizin nəzarətə götürülməsi üzərində ciddi düşünməli, müzakirələr açmalıyıq».

Son zamanlar yaşanan gərginlikləri şərh edən E.Şahinoğlu bildirdi ki, yay aylarında cəbhə bölgəsində hər zaman bu və ya digər dərəcədə gərginlik olur: «Artıq buna öyrəşmişik. Ancaq məsələ burasındadır ki, cəbhə bölgəsindəki budəfəki gərginlik Azərbaycan-Ermənistan sərhədinə inikas olunub. Azərbaycanın əsas dərdi Dağlıq Qarabağ və ətrafındakı rayonları azad etməkdir və buna görə işğalçıya daima təzyiq edilir. Ancaq Azərbaycanın Ermənistan torpağında gözü yoxdur. Buna görə iki dövlət arasında sərhəddə nə baş verirsə, demək bu, birbaşa İrəvanın planına aiddir və işğalçı təxribatla məşğuldur». Ekspert şübhə etmir ki, Ermənistan Rusiyaya, daha doğrusu Rusiya ilə birgə formalaşdırdığı birgə hərbi qoşun birliklərinə güvənərək Tovuz və Qazax istiqamətdə bizim mövqeləri vurur, insanlarımızı hədəf alır: «Bunun cavabı mütləq elə həmin istiqamətlərdə verilməlidir. Əks halda, İrəvan elə biləcək ki, biz Rusiya-Ermənistan hərbi qoşun birliklərindən çəkinirik və prosesə Rusiya qarışar deyə, baş verənlərə seyrçi qalacağıq. Rusiya Azərbaycana mümkün olan pisliyi edib, vaxtilə Dağlıq Qarabağ və ətraf rayonların işğalında Ermənistana dəstək verib. İndi də Moskva erməniləri bütün sərhəd boyu təxribatlara həvəsləndirir. Mən «Türkiyə ilə hərbi ittifaqı yeni mərhələyə qaldırmaq, qardaş ölkənin hərbi bazalarını Azərbaycanda yerləşdirmək üçün Ankara ilə danışıqlara başlamaq lazımdır» deyərkən elə bu günü nəzərdə tuturdum. Hərbi ittifaqın qarşısında başqa hərbi ittifaq dayanmalıdır. Qətər kimi dövlət belə, gələcəkdə başına gələ biləcəkləri nəzərə alaraq ərazisində ABŞ-la yanaşı, Türkiyənin hərbi bazalarını yerləşdirdi».

O ki qaldı Tovuzda yaralanan uşağa, E.Şahinoğlunun sözlərinə görə, bunun cavabı Qarabağda deyil, məhz elə həmin istiqamətdə verilməlidir: «Bir də Azərbaycan XİN-lə Müdafiə Nazirliyi birgə açıqlama yayaraq Ermənistanın Rusiyanı müharibəyə qatmaq prosesinin yaxşı nəticə verməyəcəyi haqqında indidən Moskvanı xəbərdar etməlidir. Mənə elə gəlir ki, Tovuz və Qazax istiqamətində gərginliyin artmasında Rusiyadakı siyasi mərkəzlər dayanır, əks halda erməni həmkarlarına deməliydilər ki, «Azərbaycanla nə işiniz və təxribatınız varsa, cəbhə bölgəsində edin, Azərbaycanla sərhəddən uzaq dayanın». Əgər bunu demirlərsə, demək elə özləri bu təxribatlara şərait yaradır, bu yolla Azərbaycana mesaj yollayırlar, Azərbaycanın reallaşdırdığı regional layihələrin icrasına mane olmaq istəyirlər».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *