vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
17:59 | 24 avqust 2017 | Cümə axşamı Məqaləyə 2567 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Körpü»

O taylı, bu taylı Azərbaycanı birləşdirən səs

Ətayə ƏKBƏRSOY (ODƏR)

MÖVZU İLƏ ƏLAQƏLİ

87-ci ilin isti yay günlərindən biriydi. Nənəm demiş, «günün duran vaxtı» olduğundan hərə bir tərəfdə istirahət edirdi. Mən isə həmişəki kimi çox sevdiyim balaca, qırmızı radiomu qurdalayıb, dalğalarda ruh oxşayacaq, həzin bir musiqi tapmağa çalışırdım.

Radio dalğalarda gəzişirkən, «Azərbaycan Radiosu»nun, Cənubi Azərbaycanla bağlı verilişlərinə rast gəldim.

Gözəl diktorumuz, məlahətli səsi ilə seçilən, rəhmətlik Gültəkin Cabbarlının səsindən Güneyimə həsr olunmuş verilişləri dinləmək, Vətən həsrətimə həsrət qatırdı.

Yenə maraqla dinləməyə başladım.

Və birdən həmin gün, iyunun 30-da ilk proqramı olacaq, yeni verilişi anons etdilər. «Körpü» adlanacaq bu veriliş Güneyimlə-Quzeyimin həsrətinə son verəcək, Vətənimi dalğalarda, ürəklərdə Bütövləşdirəcək mənəvi körpü salacaqdı.

Sevincimin həddi-hüdudu yox idi. Var gücümlə qışqırmaq, hər kəsə bu haqda söyləmək istəyirdim. Sevindiyimdən həm gülürdüm, həm ağlayırdım.

Verilişdə söylənən hər kəlməni qaçırmadan, diqqətlə dinləməyə çalışırdım. Amma bu qədər qarışıq hisslərin içində bu mümkündümü?!..

O gündən etibarən, «Körpü»nün hər verilişini səbirsizliklə gözləməyə və dinləməyə başladım.

Veriliş ayda bir dəfə, hər ayın 30-da səsləndirilirdi.

Yaradıcısı və uzun illər «Körpü»nü böyük sevgiylə hazırlayacaq, yəni ssenarinin müəllifi, yazıçı-jurnalist, professor, bizim sevimlimiz Aqşin Babayev (Ayaz) idi.

Bir az da olsa, hamının yaxşı tanıdığı və hörmət etdiyi Aqşin müəllim haqqında.

Aqşin müəllimi həyatda ilk «Körpü»dən tanıdım. Ona qədər «Dünya vəfalıdır» adlı kitabını oxumuşdum. İlk dəfə telefonla, 89-cu ilin sentyabrın 16-da keçiriləcək, «Körpü»nün görüşünə gedəcəyimi xəbər vermək üçün danışmışdım. Amma sonralar Aqşin müəllim mənim müəllimim, dostum, sirdaşım oldu. Həyatımın bir çox dönəmlərində onun mənəvi dəstəyini hiss etmək çox gözəldir.

Aqşin müəllim nə qədər tanınmış bir şəxsiyyət olsa da, 18 yaşlı, qəlbi Vətən sevgisiylə döyünən, arzuları bitib-tükənməyən, ancaq həmişə maneələrlə qarşılaşan bir qızın mə'nəvi dəstəyinə çevriləcək qədər sadə insan idi.

Həmişə «Mən elə bilirəm, sən mənim ikinci qızımsan» deyərdi, mənə.

Ən bədbin anlarımda belə üzümü güldürməyə, məndə gələcəyə inam yaratmağa çalışırdı.

Bu gün gələcəyə inamla addımlaya bilirəmsə, bunda Aqşin müəllimin böyük rolu olub.

Aqşin müəllim haqqında ürək sözlərim bu qədərlə bitməz. Bir gün mütləq bu haqda geniş yazmağı düşünürəm.

İndi isə Aqşin müəllimin bizə bəxş etdiyi, qəlbi Vətən həsrəti ilə döyünənləri, Vətəndə Vətənsiz yaşayanları bir ocağa toplayan «Körpü»müz haqqında bir az da ətraflı məlumat vermək istəyirəm.

«Körpü»nün ilk və vəfalı dinləyiciləri haqqında.

«Körpü»nün ilk dinləyiciləri: 

Salyandan - Gülarə Bağırova, Təbrizdən - Aydın Təbrizli, Astaradan - Ağarəhim Rəhimov, Tehrandan - Cəmşid Cahangiri, Füzuli rayonunun Qazaxlar kəndindən -Vəfa və İlhamə Şirinovalar (əmiqızıdırlar), Tehrandan Aqşin Ağkəmərli, Parsabaddan - Babək Muğanlı (Şahdust Mirzayi), Əli Məhəmmədpur, Cəfər Dehban; Təbriz Məmmədov, Təbrizdən -Hafizəli Hüseynpur, Mənuçöhr Əzizi, Təbrizin Tikmədaşından - Hüseyn Siyami, Bakıdan -Səidə Kərimova, Aqil Sabiroğlu, Kürdəmirdən - Zemfira Zərbəliyeva(Əlişqızı), Könül Qənbərova, Vəkili Fəthi, Huşəng Rezayan, Rəsul Atəşi, Biləsuvardan - Xatirə Səfərova, Neftçaladan -Həcər Heydərova, Dəvəçidən -Sona Əliyeva, Germidən - Şəmsəddin Mirzadə, Rüstəm Əfruzi, Lerikin Çayrud kəndindən Əfiqə Rzabəyli, Təbrizdən - Piruz Dilənçi və mən Ətayə Əkbərsoy.

Adını unutduğum «Körpü» dinləyiciləri məni bağışlasınlar. 30 ildən sonra yaddaşımda bu qədəri qalıb.

P.S Dostların köməyi ilə bir çox «Körpü» dinləyicilərinin adını qeyd etmək istəyirəm:

Ərdəbilin Qoşa Rəzi kəndi - Fizzə (Nina) Məhəmmədpur, Məhəmmədpur (bacı-qardaşlar),

Tehran - Hüseyn Ağyarlı, Həsən İldırım, Türkoğlu,

Kərəc - Ağazadə Ülyayi, Xeyrulla Haqbəyli (Saplaq), Məhəmməd Qasımi (Eldar),

Tehran - Miyana, Sərəskənd - Muradəli Qureyşi (Qaplantı), Mir Hidayət Hisarlı, Umran Səlahi, Gəncəli Səbahi

Qaradağ - Sədriyar Vəzifə (Eloğlu), Seyid Əsəd Hüseyni,

Təbriz - Firudin Hasarlı, D.M.Asi, Qəhrəmani, Süleyman Salis, Reza Həmraz, Əli Azəri Daşqın, Kərim Məşrutəçi (Sönməz),

Təbriz, Üskü, Kənduvan - Əsgər Fələki (Arxa),

Güney mahalı - Məhəmməd Kəşgilani (Binisli), Məmmədəli Niqabi,

Güney mahalı, Xamnə kəndi - Əbdülkərim Mənzuri,

Muğan (Parsabad) - Bəxtiyar Muğanoğlu, Dadiman Qocabəyli, Malik, Səməd Muğanlı, Cəfər Qarapur, Eldar Muğanlı, Mir Cəlil Hüseyni,

Qaradağ, Əhər - Səttar Gülməmmədi, 

Sərab - Haşım Tərlan, Seyid Cavad Əbu Turabi,

Ərdəbil - E. Elçi, Məcidzadə Savalan, 

Maki, Avacıq -Riyahi Avacıqlı,

Xiyav (Meşkinşəhr) -Zöhrə Meşkini,

Zöhrə Vəfayi, Pərviz Əhmədzadə, Fazil Əlizadə, Közbulaqdan Abışova bacıları, Füzulidən Yeganə və Gülanə Məcnunova bacıları, Kerim Qənbəri, Rza Atəşi, Fazil Muqanli Dehqan və adlarını unutduğumaz daha neçə »Körpü» dinləyicisi.

«Körpü» bu qədər insanı bir-birinə doğmalaşdırıb və neçə ailənin yaranmasına səbəb olub. 

Demək ki, həyatımızda və tarixdə «Körpü»müzün dəyərli izləri danılmazdır.

Zamanla «Körpü» haqqında silsilə yazılarımız olacaq. Bu ilk olsun.