vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 2.0342 AZN
Rusiya rublu 1 RUB = 0.0294 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3097 AZN
Türk lirəsi 1 TRY = 0.4864 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
TOP OYUNLARI  
16:18 | 4 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 365 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vurum sizin qolunuzu...

Köpək uşaqları uzaq Norveçdə də bizdən əl çəkmirlər

MÖVZU İLƏ ƏLAQƏLİ

Biz Bakıda qızmar günəş altında tıncıxanda millimizin futbolçuları soyuq Norveçdə əməlli-başlı tər axıtdılar. Yaxşı nəticə gözlədiyimiz halda uduzub gəldilər. Böyük ümidlər bəslədiyimiz Prosineçkinin yığdığı yığma asta-asta Foqtsun baş məşqçi olduğu A komandamıza oxşamağa başlayır. Uzaq Norveçdə millimizin belə zəif görünməsinin səbəbləri o qədər çoxdu ki, saymaqla qurtarmaz. İdman mediası da bəzi bəlli səbəblərdən problemi ciddi təhlil edə bilmir. Biri Rövnəq Abdullayevdən çəkinir, digər həmkarımız Elxan Məmmədovdan həya edir, digər dostumuz da deyir ki, qaqam, yazmaqla düzəlsəydi, Elza Seyidcahanın şeirlərindən sonra yer üzündə dərd-sər qalmazdı...

Bəs nə edək, qardaşlar? Millimizin problemlərini görməzdən gələk, yazaq ki, hər şey əladan da əladı? Özümüzü də, azarkeşləri də aldadaqmı? Norveçdəki zəifdən də zəif oyunun əsl səbəbini çoxları bilsə də heç kim yazmırsa... Mən yazım, eybi yox, qoy bu dəfə də düşmən qazanım.

Norveçin Bakısında, yəni paytaxt Osloda keçirilən qarşılaşmada uduzmağımız ermənilər üzündən olub. Köpək uşaqları uzaq Norveçdə də bizdən əl çəkmirlər. Millimizin Osloda məskunlaşdığı oteldə bir neçə gün əvvəl ermənilər qalıb, onlar Norveçdə düzənlənən Göydələnləri Sementlə Tikənlərin IX Beynəlxalq Konfransında iştirak ediblər, sonra da çıxıb gediblər ögey dədələrinin xarabasına.

Amma ermənilər oteldə özlərindən sonra necə mənfi aura qoyublarsa, futbolçularımızın halı pisləşib, başları gicəllənib. Oyun günü baş məşqçinin nə dediyini düz-əməlli başa düşməyiblər. Rəşad Sadıqov kimi usta futbolçumuz da meydanda qapıları səhv salıb. AFFA Osloda otel seçərkən bir balaca diqqətli olsaydı, bəlkə də millimizin tamam fərqli bir oyununu görərdik. İdman mətbuatı irili-xırdalı belə səhvləri obyektiv yazmalı, problemləri AFFA rəhbərliyinin diqqətinə çatdırmaqdan çəkinməməlidi. Əks halda, ölkə futbolunda gündəlik qazanılan yekə uğurlara baxmayaraq, millimiz uduza-uduza gedəcək.

Bu məsələdə də qabağa düşmək istəyirəm, yazım-pozum, qoy problemlər aşkara çıxsın, çatışmayan işlər düzəlsin. Özü də bu dəfə Elzavari - əməkdar artist, bəstəkar-müğənni və bir az da şairə Elza Seyidcahan kimi yazmaq qərarına gəldim:

Vurum sizin qolunuzu, Cırım sizin torunuzu.

Dınqıldadım tarınızı, Pozum sizin xorunuzu.

O nədi, bu nədi, nənədi. O qaçır, bu qaçır, hamı qaçır,

Səkkizcə klub qaçır. O atır, bu atır, hamı atır.

AFFA PFL-ə atır?

Atır!

PFL AFFA-ya atır?

Atır!

O nədi tikmisiz yol qırağında?

Tikim sizin AFFA-nızı...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *