vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 18 iyul 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9921 AZN
Rusiya rublu 1 RUB = 0.0273 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2519 AZN
Türk lirəsi 1 TRY = 0.3510 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DÖYÜŞ NÖVLƏRİ  
11:13 | 28 sentyabr 2017 | Cümə axşamı Məqaləyə 1146 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Nazim İbrahimov, sən çıxmadın, qovdular»

Yaşar Məmmədov: «Sentyabrın sonuna kimi bütün bu kimi məsələlər həllini tapacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gün öncə Azərbaycan Qılıncoynatma Federasiyasında (AQF) rəhbər dəyişikliyi olub. Təhsil naziri Mikayıl Cabbarov Nazim İbrahimovu əvəzləyərək quruma rəhbər seçilib.

Hazırda qurumda bəzi dəyişikliklər gözlənilir. Ən başlıcası isə AQF-nin binasının köçürülməsidir.

VAXT.AZ xəbər verir ki, federasiyanın keçmiş vitse-prezidenti Yaşar Məmmədov hesabat-seçki konfransından sonra Nazim İbrahimovla danışması ilə bağlı məlumat verib:

«Mikayıl müəllimin təyinatı xəbərini eşidən kimi Nazim İbrahimov mənimlə danışıb deyir ki, «mən onsuz da çıxacaqdım». Mən də dedim ki, sən çıxmadın, səni qovdular.

Mikayıl müəllimlə hələ ki, elə hesabat-seçki konfransı zamanı görüşdük. Onunla danışarkən vizit kartımı ona verdim. Dedi ki, yaxın günlərdə görüşüb, bir sıra məsələlərlə bağlı danışacağıq.

Mikayıl Cabbarovun AQF-yə böyük diqqət ayıracağına inanıram. Çünki o hələ seçilməmişdən 3 gün əvvəl Azərbaycan Texniki Universitetinin təzə təmirdən çıxmış zalını qılıncoynadanlarımıza hədiyyə etdi. Yeni zal əvvəlkindən 3 dəfə böyükdür. Yaxın günlərdə vitse-prezident, baş katib və başqa vəzifələrə adamlar seçiləcək. İnkişaf proqramı olmalıdır. Amma bu məsələ müzakirəyə çıxarılmayıb. Sentyabrın sonuna kimi bütün bu kimi məsələlər həllini tapacaq».

Yaşar Məmmədov Federasiyanın binasının köçürülməsini də təsdiqləyib: «Əsas binanın harada yerləşəcəyini hələ bilmirik. Bu məsələlər müzakirə ediləcək. Bir federasiyanın saytının olmaması biabırçılıqdır. Bütün bunların hamısını Mikayıl müəllimlə görüş zamanı onun diqqətinə çatdıracağam».

Yaşar Məmmədov Nazim İbrahimovun ona 159 min manat, idmançılara isə 450 min manatdan çox borcu olduğunu bir daha qeyd edib.

Xatırladaq ki, avqustun 17-də Nazim İbrahimovun keçirtdiyi hesabat-seçki konfransında Yaşar Məmmədovu tutduğu postdan azad ediblər. Onun yerinə Ramin Məmmədovu təyin edilib. Mikayıl Cabbarovun Nazim İbrahimovun yeni təyin etdiyi kadrları işdən azad edəcəyi də iddia olunur. Onun yeni komanda qurmağı planlaşdırdığı bildirilir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *