vaxtlı-vaxtında oxuyun! Cümə, 18 oktyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ATLETİKA  
15:11 | 1 may 2018 | Çərşənbə axşamı Məqaləyə 1033 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gimanstlarımızın uğurunun sirri

Mariana Vasileva: “Mehriban Əliyevanın etimadı gücümüzə olan inamımızı artırır”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva hər zaman gimnastların yanındadır və bu etimad idmançıların öz gücünə inamını möhkəmləndirir”.

Vaxt.az bildirir ki, bunu “Trend”ə bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

Baş məşqçi ötən gün Bakıda başa çatmış və Ayşən Bayramova, Diana Doman, Zeynəb Hümmətova, Aliyə Paşayeva və Siana Vasilevadan ibarət Azərbaycan komandasının beş halqa ilə qrup hərəkətlərində bürünc medal qazandığı bədii gimnastika üzrə Dünya Kuboku mərhələsinin yekunları barədə danışıb:

“Hər şey yaxşı qurtaranda sən nələrdən keçdiyini, axıtdığın göz yaşlarını, xoşagəlməz məqamları unudursan. Mən çox şadam ki, ötən gün biz yarışı bu cür başa vurduq. Evdə çıxış etmək çox çətindir. Bizdə hər il azarkeşlərin sayı artır, xüsusilə final günü zal tam dolu idi. Bu isə bizim üzərimizə azarkeşləri sevindirmək öhdəliyi qoyur. Qızlar hər gün maksimum bacarıqlarını göstərməyə çalışırdılar və nəhayət, biz azarkeşlərimizi sevindirə bildik. Bu, Rusiyanın qrup hərəkətləri yığması istisna olmaqla ən güclü komandaların iştirakı ilə baş verdi”.

M.Vasileva bu uğuru Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın fəaliyyəti ilə bağlayıb: “Bu uğur Azərbaycan Gimnastika Federasiyasının prezidenti, həm də ölkənin Birinci vitse-prezidenti olan Mehriban Əliyevanın rəhbərliyi ilə kollektivimizin sıx birliyi sayəsində əldə olundu. Bizim üçün yaradılan bütün şəraitə, göstərilən dəstəyə görə Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Nəticələrin necə olmasından asılı olmayaraq, o, hər zaman yanımızdadır. Bu, bizə olan inamın, etibarın göstəricisidir və bizim ən yaxşı olduğumuza inamımızı daha da möhkəmləndirir. Biz dünən bunu nümayiş etdirdik. Mehriban xanıma demək istəyirəm: “Sizə minnətdarıq. Bizi indiyə qədər sevdiyiniz kimi sevməkdə davam edin”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *