vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
ATLETİKA  
16:52 | 11 avqust 2018 | Şənbə Məqaləyə 3124 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Olimpiya çempionu olmaq istəyirəm …”

Gimnast Nərminə Bayramova: “… Həm də bir neçə dəfə”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Milli Gimnastika Arenasında çıxış etmək çox xoşuma gəlir”. Bu barədə “Trend”ə, 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyində 2008-ci il təvəllüdlü gimnastlar arasında qızıl medal qazanan gimnast, “Ocaqsport” klubunu təmsil edən Nərminə Bayramova bildirib.

“Milli Gimnastika Arenasında çıxış etmək xoşuma gəlir. Azarkeşlərin sevindiyini və dəstəklədiyini görmək xoşdur”, - gənc gimnast deyib.

Nərminə Bayramova həyəcanlı olmasına baxmayaraq çıxışından razı olduğunu qeyd edib.

“Çıxış etmək çətin deyildi, bu mənim üçün birinci yarışma deyil. Sadəcə bu gün bir az həyəcanlı idim, amma hər şey yaxşı keçdi və səhvsiz çıxış etdim”, - deyə gimnast bildirib.

Gələcəkdə nəyə doğru can atdığını deyərkən Bayramova qeyd edib: “Olimpiya çempionu olmaq istəyirəm, həm də bir neçə dəfə”.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin ikinci günü start götürüb.

Bu gün 2006-2007, 2003-2005 və 2002-ci il təvəllüdlü gimnastların fərdi çıxışları baş tutacaq. Qaliblər çoxnövçülük xalına görə müəyyənləşəcək.

Yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “AyUlduz” Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, “Zirvə” İdman Klubu, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən ümumilikdə 117 gimnast çıxış edəcək.

Üç gün boyunca davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirməsi üçün maraqlı müsabiqələr və fləşmoblar da təşkil olunacaq.