vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ATLETİKA  
16:58 | 11 avqust 2018 | Şənbə Məqaləyə 3139 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Daha çox çalışacağam”

Nigar Usubova: “Əsas yer tutmaq deyil, …”

“Yaxşı nəticə göstərmək üçün çalışacağam”. Bu barədə “Trend”ə, 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyində 2006-2007-ci il təvəllüdlü gimnastlar arasında birinci yeri tutan gimnast, "Ocaqsport" klubunu təmsil edən Nigar Usubova bildirib.

O, deyib: “Yarış çox yaxşı keçdi, hər şey alındı. Heç gözləməzdim ki, yaxşı ballar əldə edim. Lakin mən bilirəm ki, bundan da yaxşı çıxış edə bilərəm. Ona görə də yaxşı nəticə göstərmək üçün bundan sonra çox çalışacağam”.

N.Usubova etiraf edib ki, ona Milli Gimnastika Arenasında çıxış etmək çox xoşdur: “Azarkeşlər baxır, bu, yüksək zövq bəxş edir. Bu gün anam və atam mənə dəstək olmağa gəlmişdi. Çıxışqabağı tribunaya baxdım, sonra yarış hərəkətləri etməyə başladım və diqqətimi topladım”.

Gənc gimnastın sözlərinə görə, onun məşqçisi çıxışlarından razılıq edir:

“Məşqçi məndən çox razı qaldı və məni alqışladı. Əsas yer tutmaq deyil, yarış hərəkətlərini dəqiq və gözəl yerinə yetirməkdir”.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin ikinci günü start götürüb.

Bu gün 2006-2007, 2003-2005 və 2002-ci il təvəllüdlü gimnastların fərdi çıxışları baş tutacaq. Qaliblər çoxnövçülük xalına görə müəyyənləşəcək.

Yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “AyUlduz” Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, "Zirvə" İdman Klubu, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən ümumilikdə 117 gimnast çıxış edəcək.

Üç gün boyunca davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirməsi üçün maraqlı müsabiqələr və fləşmoblar da təşkil olunacaq.