vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
11:35 | 15 sentyabr 2017 | Cümə Məqaləyə 2429 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Açıq danışmaq lazmdır ...»

Polkovnik Baranets: «Bizim baza olmasaydı Azərbaycan Qarabağı çoxdan yemişdi...»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Suriya müxalifətini silahlandırmaq üçün Almaniyadakı Ramşteyn hərbi bazası üzərindən keçmiş Varşava blokuna üzv ölkələrin anbarlarından 2 milyard dollarlıq silah-sursat göndərdiyi üzə çıxıb. Virtualaz.org xəbər verir ki, silahlar Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzərindən daşınıb. Həmin silahlardan İŞİD və «Əl-Nüsra Cəbhəsi» kimi terrorçu birləşmələrə də çatdığı bildirilir. Bu haqda Almaniyanın «Sueddeutsche Zeitung» qəzeti bu ölkədə keçiriləcək seçkilər ərəfəsində yazıb.

ABŞ-ın Suriya yaraqlılarını silahlandırmasına dair üzə çıxan faktlara təbii ki, Rusiyada da dərhal reaksiya veriblər. «Komsomolskaya Pravda» bu məsələni hərbi ekspertlərlə müzakirəyə çıxarıb. Qəzetin hərbi məsələlər üzrə eksperti, sovet və rus hərbi jurnalisti, polkovnik Viktor Baranets bu fakta diqqəti cəlb edib ki, ABŞ-ın Suriya müxalifətini silahlandırma proqramı çərçivəsində öz anbarlarından silah satanlardan biri də Rusiyanın müttəfiqlərindən olan Qazaxıstandır.

«Orada axmaqlar oturmayıb ki... Onlar bilirlər ki, əgər həmin silahları satırlarsa son istifadəçi barədə informasiya da olmalıdır. Tutaq ki, Qazaxıstan silahları ABŞ-a satmazdan əvvəl yazılı öhdəlik götürməlidir ki, həmin silahlar hara göndərilir və kimlər üçün nəzərdə tutulub. Əgər onlar bunu etmirlərsə və hər şeyə rəğmən ancaq kisəni doldurmaq haqda fikirləşirlərsə o zaman Moskva qazaxlarla başqa cür danışmalıdır, çünki ölkə bizim müttəfiqimiz sayılır. Bu nədir, arxadan zərbə? Belə olanda artıq söhbət başqa cür olur», - Baranets bildirib.

Polkovnik Baranets Ermənistanın da son vaxtlar Qərbə meyl etməsinə, ikili oyun oynamasına toxunub.

«Mən sizə daha artığını deyəcəyəm. Bu haqda açıq danışmağın vaxtıdır. Bu yaxınlarda Ermənistandan bir yoldaş zəng vurub. Hansı ki, Ermənistan deyəsən bizim KTMT üzrə müttəfiqimiz sayılır. Və o, birdən deyir: bizim yoldaşlar amerikalılardan pul istədilər, onlar da verdilər. Belə çıxır ki, Moskva orada baza saxlayır, Qarabağa görə Azərbaycana qarşı dayanır, ermənilər isə belə. Bu ki mühüm amildir. Əgər orada bizim baza olmasaydı Azərbaycan Qarabağı çoxdan yemişdi. Yəni bizim müttəfiqlərimizin sıralarında bu cür vurnuxmalar var və bu haqda açıq danışmaq lazmdır», - hərbi ekspert deyib.