vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
10:41 | 26 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2345 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Müzakirə olmayacaq!»

İraqın baş naziri Heydar əl Abadi: «Referendum konstitusiyaya ziddir»

MÖVZU İLƏ ƏLAQƏLİ

İraqın baş naziri Heydar əl Abadi, İraq hökumətinin Kürdüstan Regional Hökuməti ilə heç bir danışığa getməyəcəyini açıqlayıb.

«Reuters»in verdiyi məlumata görə, Abadi bazar ertəsi axşamı dövlət televiziyasında çıxış edərək deyib: «Referendum konstitusiyaya zidd olduğu üçün referendumun nəticələrini müzakirə etməyə və ya dialoqa getməyə hazır deyilik».

İraqla yanaşı, İran və Türkiyə də referenduma qarşı çıxıb.

Referendumdan sonra İraq ordusu sərhəddə Türkiyə ilə birgə təlimlərə başlayıblar.

İraq Kürdüstan Regional Hökumətinin rəhbəri Məsud Bərzani, referendumda müstəqillik qərarının olması vəziyyətində İraqla müstəqillik mövzusunda danışıqlara başlamaq istədiklərini söyləyib.

Referendumun rəsmi nəticəsi səsvermə başa çatdıqdan 72 saat sonra açıqlanacaq.