vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
10:19 | 2 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 1905 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tərəflərin heç biri güc tətbiq etməsin»

Rusiya senatorundan Kataloniya və Qarabağ separatçılarına dəstək

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev ötən gün İspaniyanın Kataloniya bölgəsində keçirilmiş müstəqillik referendumunu dəstəkləyib. Virtualaz.org xəbər verir ki, Kosaçev özünün «Facebook» səhifəsində bu haqda yazıb.

«Dövlətlərin ərazi bütövlüyü prinsipi xalqların öz müqəddəratını təyin etməsindən o vaxta qədər vacibdir ki, tərəflərin heç biri güc tətbiq etməsin. Əgər İspaniya hakimiyyəti əvvəlki kimi kataloniyalıları separatçı, yaxud indi gördüyümüz kimi terrorçu hesab edəcəksə, dialoq təkcə polis tərəfindən bağlanmayan səsvermə məntəqələrinin sayı barədə aparılacaqsa münaqişə daha da dərinləşəcək, müstəqillik tərəfdarlarının ayaqları altında zəmin daha da möhkəmlənəcək», - Rusiya senatoru yazıb.

Konstantin Kosaçev əlavə edib ki, Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya «xalqlarının» öz müqəddəratın təyin etməyə tam hüquqları var idi. Senator Krımın Ukraynadan ayrılıb Rusiyaya birləşdirilməsinə də haqq qazandırıb və yazıb ki, buna Kiyevdə «silahlı millətçilərin nümayişkaranə şəkildə güc tətbiqi ilə hədələməsi» gətirib çıxardı. «Ukraynanın cənub-şərqində davam etməkdə olan hərbi zərbələr də Luqansk və Donetskin Kiyevdən beləcə ayrılmasına gətirib çıxara bilər», - o, xəbərdarlıq edib.

Xatırladaq ki, Qərb KİV-lərinin yazdıqlarına görə Kataloniyada alovlanan separatizmdə Rusiyanın əli var.