vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
15:41 | 5 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2354 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezident Qərblə strateji anlaşmanı anons etdi

İlham Əliyev: «Avropa İttifaqı və Azərbaycan arasında gələcək saziş üçün yaxşı zəmindir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Avropa İttifaqı ilə münasibətlərinin yeni səhifəsini açmaq niyyətindədir. Bunu Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasət və təhlükəsizlik komitəsinin nümayəndə heyəti ilə görüş zamanı deyib.

VAXT.AZ prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdəki nitqində İlham Əliyev deyib: «Bu ilin fevral ayında mənim Brüsselə çox uğurlu səfərim oldu. Səfərdən bir gün sonra biz Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş üzərində rəsmi danışıqlara başladıq. Məndə olan məlumata görə, danışıqlar uğurla davam edir. Bizdə danışıqları gec olmaqdansa, daha tez yekunlaşdırmaq istəyi var və biz Avropa İttifaqı ilə münasibətlərdə yeni bir səhifənin açılışını etmək istəyirik».

Dövlət başçısı qeyd edib ki, Avropa Azərbaycanın əsas və ənənəvi ticarət tərəfdaşıdır: «Avropa irsi həmişə Azərbaycanda mövcud olub və indi təhlükəsizlik, siyasi inkişaf, ticarət, enerji, nəqliyyat, multikulturalizm kimi bütün vacib məsələləri özündə ehtiva edəcək yeni sazişlə biz Avropa İttifaqı ilə münasibətlərin uğurla inkişaf edəcəyinə ümid edirik. Bu arada biz vaxt itirmədik, biz Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda fəal çalışdıq və indi Azərbaycanın Avropa İttifaqına üzv olan ölkələrin üçdəbirindən çoxu ilə strateji tərəfdaşlıq formatı var, ya saziş, ya bəyannamə formasında. Beləliklə, biz Avropa İttifaqına üzv ölkələrin üçdəbirindən çoxu üçün strateji tərəfdaş hesab olunuruq. Hesab edirəm ki, bu, Avropa İttifaqı və Azərbaycan arasında gələcək saziş üçün yaxşı zəmindir və bayaq qeyd etdiyim kimi, mənim Brüsselə uğurlu səfərimdən çoxlu gözləntilərimiz var və nəticələr çox yaxşı idi».