vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
09:33 | 9 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2646 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prosineçkinin nə dərdi var?

Kapitanlıq sarğısını himni ürəkdən oxuyan oyunçu daşımalıdır

Ramiz MİRZƏZADƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya - Azərbaycan matçindan qeydlərim: Oyundan əvvəl çoxumuz, komandamızın ümumilikdə bu cür əzmkar mübarizə göstərəcəyini gözləmirdi(k). Çexiya yığması ilə Bakıdakı oyun hara, Kayzerslauterndəki hara?

1. Şeydayev kimi sözün əsl mənasında təmiz futbolçu o formanı geyməyə çoxundan layiqdir! O qolu ilə işini bəzədi. 75-80 dəqiqə öndə pressinqi Azərbaycan futbol məktəbini görən heç bir hücumçu etməyib. Ümumi 10 ballıq qiymətləndirmədə 9 verərdim.

2. Komandanın kapitanlıq sarğısını təhvil verərkən ən azı himnimizi bilən bir futbolçu seçilməli idi. Bari italyanların, anadolu türklərinin oyundan əvvəl himn oxumalarına baxıb utanmaq lazımdır. Tam tərəfsiz deyim ki, görüşdən əvvəl o himni ən ürəkdən Ruslan Abışov oxuyurdu. İstəyən təkrarını izləyə bilər. Bu nə beyindir? Niyə Əmirquliyev, hansı liderlik keyfiyyətləri?

3. Oyundan əvvəl bəzi mətbuat nümayəndələrimizin yazdığı kimi deyək: Prosineçki çox qayğılıdır. Sadıqov karyerasını başa vurdu. Səfərdə müdafiədə Bədavi yanaşı kim oynayacaq???

Məncə cavab çox aydın göründü - Ruslan Abışov! Təcrübə, istedad, liderlik... Kimsə deyə bilər ki, Neftçi nə gündədir ki, onun kapitanı yığmanın da kapitanlığına belə layiq olsun?! Abışov hazırda Neftçi rəhbərliyinin uğursuz seçimlərinin qurbanıdır. Ruslanın yanında Bədavi kimi müdafiəçi oynasın görüm Neftçi müdafiəsini kim yara bilər!

4. Ümid edirəm yeni baş məşqçi ilə başların içərisindəkilər də dəyişər. O zaman bəzi futbolçuların haqqı da az yeyilər. Əfran, Cavid formada deyilsə, onların əsas heyətdə oynamaları məcbur deyil. Hər ikisi istedadlı futbolçu ola bilər. Amma bir futbolçu (Əfran) dili çöldə ləhləyirsə, bunu görməyən baş məşqçi niyə «ölmür»?! Yaxud digər biri, (Cavid) məsuliyyətsiz oynayib komandanın qol buraxmasına birbaşa səbəbkar olursa, o futbolçu əvəzolunmaz olduğunu düşünməməlidir.

Yeyilməsin artıq bəzi futbolçuların haqqı! Milli komandada oynamaq o formaya layiq olanların da haqqıdır...

P.S. Nazarovun «əndrabadi» küncdən zərbəsi var idi ki , o da veril(məy)ən mükafata cavab idi.