vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
21:45 | 9 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2197 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Olmasaydı, bundan yaxşı idi»

Prezident Azərbaycanda yun qəbulu məntəqələri haqda...

MÖVZU İLƏ ƏLAQƏLİ

«Sumqayıt şəhərində əyirici-boya fabrikinin tikintisi nəzərdə tutulur». Bunu Prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqi zamanı bildirib.

«Təqribən bir il, bəlkə də bundan bir qədər də əvvəl xalçaçılığın inkişafı istiqamətdə çox ciddi addımlar atılmağa başlandı. Bu il 10 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur. Onlardan ikisi mənim iştirakımla açılıb, səkkizi ilin sonuna qədər açılmalıdır. İndi verilən təkliflərə baxılır, gələn il də bölgələrdə təqribən 10-a yaxın fabrik açılacaq. Bu, çox müsbət irəliləyişdir. Xalçaçılıq bizim milli sənətimizdir, eyni zamanda, xarici bazarlara çıxışı olan məhsuldur, ölkəmizə valyuta gətirən sahədir, işsizliyi, xüsusilə qadınlar arasında işsizliyi aradan qaldıran sahədir. Xalçaçılığın çox böyük potensialı var. Dövlət vəsait ayırıb, bütün bu fabriklər dövlət hesabına tikilir, həm dəzgahlar, həm də bütün digər avadanlıq dövlət vəsaiti hesabına alınır. Biz bütün istehsal zəncirini ardıcıllıqla yaratmalıyıq. Ona görə, göstəriş verilib, bu il və gələn il müxtəlif bölgələrdə yun qəbulu məntəqələri açılacaq. Bu məsələ təhlil edildi və gördük ki, burada da xaotik bir vəziyyət yaranıb. Bizim cəmi bir və ya iki yerdə yun qəbulu məntəqəmiz var. Onlar da elə vəziyyətdədir ki, heç olmasa idi, bəlkə bundan yaxşı idi. Ona görə, yeni, müasir məntəqələr yaradılacaq. Rayonlar müəyyən edilib, vəsait nəzərdə tutulub, bu, birinci məsələ. İkincisi, Sumqayıt şəhərində əyirici-boya fabrikinin tikintisi nəzərdə tutulur. Bu məqsəd üçün də vəsait ayrılıb. Ümid edirəm, gələn il fabrikin açılışı olacaq ki, biz həm boyadan, həm də iplikdən xarici asılılığa son qoyaq. Əlbəttə ki, biz bundan sonra xarici bazarlara çıxışı təmin etməliyik. Bunun üçün yəqin ki, sərgilərdə, beynəlxalq tədbirlərdə daha fəal iştirak etməliyik. Həmçinin reklam xarakterli tədbirlər də görülməlidir ki, Azərbaycan öz milli sənətini dünyaya təqdim etsin», - dövlət başçısı qeyd edib.