vaxtlı-vaxtında oxuyun! Bazar, 8 dekabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
TOP OYUNLARI  
23:04 | 12 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 1499 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Rəşad Sadıqov AFFA prezidenti olsun

Milliyə keçməkdənsə...

KÜRŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

DÇ-2018-in seçmə mərhələsinin başa çatması ilə uzun illər Azərbaycan yığmasının əsas üzvlərindən olmuş Rəşad Sadıqov da milli karyerasını bitirdiyini açıqladı. Hazırda «Qarabağ»da forma geyinən təcrübəli müdafiəçinin klub karyerasının da bitməsinə az qaldığı şübhə doğurmur. Bəlkə qış fasiləsində, bəlkə mövsümün sonunda...

İndi isə çoxunu düşündürən bu sualdır: Rəşad Sadıqov məşqçilik karyerasına harada start verəcək? Düzdü, o, «Qarabağ»ın U-19 komandasının «sükanı arxasındadı». Ancaq söhbət daha ciddi hədəfləri olan klubdan, komandadan gedir.

 

Sadıqov millinin «sükanı arxasına» keçməlidimi?

 

Çoxunun düşündüyü də məhz elə budu: Rəşad Sadıqov getməyə hazırlaşan Robert Prosineçkini əvəz edəcək. Əslində, AÇ-2020-yə vəsiqə iddiasında olan AFFA rəhbərliyinin millinin baş məşqçi postuna ya «Qarabağ»ın çalışdırıcısı Qurban Qurbanovu, ya da Rəşadı gətirəcəyi inandırıcı görünür. Futbol ictimaiyyəti də məhz bu iki şəxsin yığmada uğurlu olacağına inanır. Belədə AFFA niyə ictimai rəyi nəzərə alıb, sabah da uğursuzluq olsa, indidən özünü sığortalamasın?

Amma gəlin baxaq, Qurban Qurbanov və ya Rəşad Sadıqov Azərbaycan millisiylə uğur qazana bilərmi? Bu adamların əlində sehrli çubuq varmı azərbaycanlı futbolçuların səviyyəsini birdən-birə ikiqat, üçqat artırmağa? Axı Berti Foqts, Robert Prosineçki də bu futbolçularla işləyib. Onlar hansısa məqamda taktiki yanlışlığa, əvəzetmələrdə səhvə yol verə bilərlər. Amma Azərbaycan millisinin uğursuzluğunu bütünlüklə məşqçilərin ayağına da yazmaq olmaz. Son seçmə tsikldə San Marino ilə oyunlar olmasa, millimiz qrupu 4 xalla başa vuracaqdı. Özündən daha güclü olanlardan 4 xal almağa gücü çatan komanda! Qurban Qurbanov və ya Rəşad Sadıqov belə futbolçularla, belə komanda ilə nəyə ümid edə bilər, nələri qazanar? Rəşadın ən son açıqlamalarından birindəki fikri xatırladaq: «Roma» ilə görüşdə Edin Dzekonu «ikinci mərtəbə»də saxlaya bilsəydim, «Qarabağ»da deyil, «Mançester Siti»də oynayardım».

Vəssalam! Bunu müstəqillik dövründə yetişdirdiyimiz ən yaxşı futbolçulardan biri deyirsə... Və biz Qurban Qurbanovdan, Rəşad Sadıqovdan millinin «sükanı arxasına» keçib, Dzekonu «ikinci mərtəbə»də saxlaya bilməyən futbolçularla uğur qazanmağı tələb edə bilmərik. Ümumiyyətlə, Qurbanov da, Sadıqov da Azərbaycan millisinin baş məşqçi postuna keçməklə, illər ərzində qazandıqları nüfuzu qısa zamanda xərcləyər. Qurbanovla Sadıqovun AFFA-nın prezidenti postuna keçməsini istəmək, millinin baş məşqçisi olmalarını arzulamaqdan daha məntiqlidir.

 

«14» nömrə nə etməlidi?

 

Rəşad Sadıqovun düz gözünün önündə Qurban Qurbanov nümunəsi var. Azərbaycanlı futbolçularla ciddi uğurlara nail ola bilməyəcəyini anlayıb, «Qarabağ»la Avropa meydanlarında legioner futbolçuların hesabına tarix yazan Qurbanov. Hər halda, yəqin Rəşad da xatırlayar ki, bir neçə il əvvəl «Qarabağ»da yerli futbolçular çoxluq təşkil edirdi və həmin vaxt komanda heç cür Avropa Liqasının qrup mərhələsinə yaxın düşə bilmirdi. Reynaldolar, almeydalar, çumbinyolar, aqollilər gəldi və «köhlən atlar»ın ayaqlarının səsi daha yüksəkdən eşidilməyə başlandı.

«Qarabağ»ın «14» nömrəsi baş məşqçisinin - Qurban Qurbanovun yolu ilə getməlidir. Azərbaycanda maliyyə durumu normal olan bir kluba baş məşqçi getmək və klub turnirlərində özünü göstərmək. Necə işləməsi, kimlərlə çalışması artıq Sadıqovun öz işi olacaq. Qurbanovlu «Qarabağ»ın uğurlarını təkrarlamaq, bəlkə ondan daha yaxşı nəticələr qazanmaq olar. Qurban Qurbanovdan illər ərzində öyrənmiş məşqçi Rəşad Sadıqov bunu bacarar. Bəlkə günlərin birində məşqçi kimi Azərbaycanı xarici çempionatlarda da təmsil edər. Amma Azərbaycan millisində baş məşqçi olmaq və uğur qazanmağı düşünmək... Bunun üçün artıq milli komandanın baş məşqçisi yox, AFFA prezidenti olmaq lazımdı - gələcək seçmə mərhələlərdə daha səviyyəli yerli futbolçuların yetişdirilməsinə nəzarət etmək üçün.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *