vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9292 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1461 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3157 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
22:58 | 16 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 981 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycan çox unikal ölkədir»

Robert Sekuta: «Güclü kommersiya bazası formalaşıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı iqtisadi əlaqələr bir çox sahələrdə böyük potensiala malikdir». APA TV-nin məlumatına görə, bu fikirləri iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan-ABŞ biznes forumunda çıxışı zamanı bildirib.

O, ikitərəfli iqtisadi münasibətlərin statistikasına da nəzər salıb: «2017-ci ilin 8 ayı ərzində ticarət dövriyyəsi artaraq, 416 milyon manata, investisiyaların həcmi isə 13 milyard dollara yaxınlaşıb. Bu gün həmçinin  ölkəmizdə 235 ABŞ şirkəti fəaliyyət göstərir. Bundan əlavə, ölkələr arasında humanitar sahələrdə, xüsusilə təhsil sahəsində əlaqələr var. Azərbaycandan 112 tələbə ABŞ universitetlərində təhsil alır».

Nazir müavini diqqətə çatdırıb ki, cari ilin 8 ayı ərzində kənd təsərrüfatı sahəsində ixrac həcmi 37 faiz artıb, ABŞ şirkətlərinin neft fonduna yatırımlarının ümumi məbləği isə 3 milyard təşkil edib.

ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta da iqtisadi əlaqələrimizin bu günü və gələcəyi barəsində nikbin danışıb. Bildirib ki, bu əlaqələri daha da genişləndirmək üçün böyük potensial mövcuddur: «Neft-qaz sektorunda «Cənub Qaz Dəhlizi» çox böyük layihədir. Onun dəyəri hazırda 40 milyard dollar həcmində qiymətləndirilir. Biz ikitərəfli iqtisadi münasibətlərə daha geniş aspektdən baxırıq. Bu gün ölkələr arasında güclü kommersiya bazası formalaşıb. Azərbaycan bizim üçün həm də Rusiya və İranla həmsərhəd olması ilə də çox unikal ölkədir».

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov forumda təqdimatla çıxış edib: «Burada müxtəlif biznes maraqlarının təmsilçiləri iştirak edir. Bu, çox gözəl fürsətdir. Cənab səfirin də dediyi kimi, biz qeyri-neft sektorunda da əməkdaşlıq edirik. Biznes mühiti sahəsindəki əməkdaşlıqda hədəfimiz beynəlxalq şirkətlərin ölkəmizdə uzunmüddətli iştirakını təmin etməkdir».

ABŞ-ın Türkiyədəki səfirliyinin baş kommersiya müşaviri Bill Çaykovski isə bildirib ki, bu il ABŞ-ın ən böyük ticarət missiyasının nümayəndələri Azərbaycana dəvət olunub: «ABŞ iş adamlarının Azərbaycana marağını müşahidə etmək məni məmnun edir. Bu gün Azərbaycana 50 ABŞ şirkətinin nümayəndəsi gəlib ki, bu da 30 iş adamının səfəri deməkdir. Onların məqsədi yerli iş adamları ilə ortaq biznes fəaliyyətini inkişaf etdirməkdir. Burada olduğumuz müddətdə azərbaycanlı iş adamları ilə görüşlər keçirib, əməkdaşlığımızın dərinləşməsini müzakirə edəcəyik».

Qeyd edək ki, biznes forumu çərçivəsində iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *