vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 18 iyul 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9921 AZN
Rusiya rublu 1 RUB = 0.0273 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2519 AZN
Türk lirəsi 1 TRY = 0.3510 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
KİNO-TEATR  
10:11 | 19 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 890 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ayla», yaxud «Müharibənin qızı»

Can Ulkayın filmi «Oskar»a namizəd oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Rejissor Can Ulkayın filmi «Ayla» («Müharibənin qızı») filmi 2018-ci ildə «Oskar»ın xarici filmlər nominasiyası üzrə Türkiyəni rəsmi olaraq təmsil etmək üçün namizədliyini irəli sürüb.

Film, 1950-ci illərdə Koreya müharibəsində iştirak edən Süleyman adlı türk əsgər və müharibədə öldürülən ailənin yanında tapdığı və Ayla adını verdiyi kiçik koreyalı qızın ümid dolu hekayəsindən bəhs edir.

Gerçək hekayə əsasında çəkilən və qəhrəmanlarının hələ də həyatda olduğu «Ayla» filmi zaman, məkan, dil,  din, irq fərqi olmadan vicdanının insanları necə birləşdirə biləcəyini təsvir edir.

Filmdə türkiyəli əsgər öz həyatını təhlükəyə ataraq yarı donmuş vəziyyətdə olan kiçik qızı xilas edir və müharibə müddətində özü ilə birgə saxlayır. Fərqli dillərdə danışdıqlarına görə bir-birləri ilə münasibət qura bilməsələr də, onların arasında çox sıx bağ yaranır. Müharibə bitdikdən sonra evə qayıtmalı olan əsgər kiçik qızı tərk etmək istəmir, lakin gələcəkdə yenidən onu tapacağına ümid edərək Aylanı uşaq evinə verməyə məcbur olur. İkili 60 ildən sonra nəhayət ki, yenidən qovuşur.

Filmdə İsmayıl Hacıoğlu, Kim Şol (Kim Seol), Li Kyonq-Cin (Lee Kyong-Jin), Ali Atay, Murad İldırım, Taner Birsel, Meral Çetinkaya, Damla Sönməz, Sinəm Uslu, Erik Roberts, Kim Byunqsun (Kim Byoungsun), Conni Yanq, Mehmet Esən və s. aktyorlar rol alıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *