vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
15:23 | 24 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2595 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanlı millət vəkilindən həyəcan təbili

«Araz çayının çirklənməsi xərçəng xəstəliyi sunamisinə səbəb olub»

MÖVZU İLƏ ƏLAQƏLİ

Parsabad və Biləsuvarın İran parlamentindəki millət vəkili Araz çayının çirklənməsi nəticəsində bölgədə xərçəng xəstəliyi sunamısı yaşandığını bildirib.

Şəkur Purhüseynin bu barədə açıqlaması «Xaney-i millət» xəbər agentliyinin saytında dərc olunub.

«Çox təəssüflər olsun ki, əyalətin şimal bölgəsində həzm sistemi xərçəngi getdikcə artır. Bu o həddə çatıb ki, artıq xərçəng xəstəliyi sunamisi yaşadığımızı söyləyə bilərik», - deyə o qeyd edib.

Azərbaycanlı millət vəkili vurğulayıb ki, «Araz çayında olan böyük həcmdə ağır metallar Ermənistan sənaye müəssisələrindən birbaşa bu çaya axıdılan çirkab suları ilə bağlıdır və bölgədə xərçəng xəstəliyi hallarının artmasının bu səbəbdən irəli gəldiyi ehtimal olunur».

Uzun illərdir Ermənistan ərazilərindən təmizlənmədən birbaşa Araz çayına axan məişət tullantıları və sənaye müəssisələrinin çirkab suları sərhədyanı şəhər və kəndlərdə ətraf mühitə ciddi ziyan vuraraq bölgədə bir çox xəstəliklərə səbəb olub. Bu barədə yerli əhali və bir sıra rəsmi şəxslər dəfələrlə xəbərdarlıq etsələr də, İran rejimi Ermənistanla olan siyasi, hərbi və iqtisadi əməkdaşlığı nəzərə alaraq bu məsələyə göz yumub.

Avqustun 31-də Araz kənarında minlərlə balığın tələf olması qeydə alınıb. Həmin zaman bir neçə yerli məsul balıqların ölməsində Ermənistanı günahlandıraraq Araz çayının bu ölkə tərəfindən çirkləndirilməsini bildirib. Ötən həftə də Araz çayı kənarında çox sayda balığın tələf olması ilə bağlı şəkil və məlumat yayılıb.