vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 15 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9729 AZN
Rusiya rublu 1 RUB = 0.0257 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2505 AZN
Türk lirəsi 1 TRY = 0.2879 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
01:13 | 29 oktyabr 2017 | Bazar Məqaləyə 1358 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aİİ-də problemlər artır

İrəvan sammiti təşkilatın bütövlüyünə zərbə vura biləcək ciddi fikir ayrılıqları, ziddiyyətləri ortaya çıxardı

Azər NURİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

İrəvanda Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının növbəti iclası təşkilatın gələcək istiqamətlərini müəyyən etsə də, ciddi problemlərlə yadda qalmış oldu. Keçirilən müzakirələr və diskussiyalarda bütövlükdə optimist əhval-ruhiyyə hökm sürsə də, təşkilat daxilində bir çox problemlər bütün çılpaqlığı ilə üzə çıxdı. Təşkilat daxilində ayrı-ayrı üzvlər arasında problemlərin pik həddə olduğu vurğulanıb. Hətta məsələ o qədər ciddi olub ki, Rusiya mətbuatı belə oradakı ziddiyyətləri əks etdirib.

Beləliklə, hökumətlərarası iclasda əsas məsələ iqtisadi tərəfdaşlıq və inteqrasiyanın genişləndirilməsi olub. «İnsanlar öz qarşılarında Avrasiya İqtisadi İttifaqı ölkələrində istehsal olunan məhsullara daha çox rast gəlirlər», - deyə Rusiya baş naziri Dmitri Medvedyev İrəvanda keçirilən tədbirdə bəyan edib. Çıxışını optimist fikirlərlə başlayan baş nazir bildirib ki, əsas məqsədləri daha çox sadə vətəndaşların dolanışıqlarını yaxşılaşdırmaqdır. O bildirib ki, «Alyans daxilində insanların rifah halının yaxşılaşdırılması üçün xidmətlərin, malların, kapital və işçi qüvvəsinin azad şəkildə yerləşdirilməsi sistemi yaradılır. İnteqrasiya dialoq və kompromislər, bir-birini eşitmək bacarığı arzusu və istəyi yaradır». Rusiya baş naziri optimist əhvallı çıxışını statistik məlumatlarla möhkəmləndirməyə çalışıb. Onun sözlərinə görə, bu ilin birinci rübündə Aİİ ölkələrində ümum daxili məhsul 1,8 faiz yüksəlib. İttifaq daxilində ticarət dövriyyəsi 28 faiz artıb. Onun sözlərinə görə, ümumi bazar mütəmadi olaraq öz imkanlarını genişləndirir. «Buna 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək Avrasiya Gömrük Məcəlləsi də yaxından kömək edəcək. Sənəddə bir sıra inteqrasiya qurumlarının, o cümlədən Avropa İttifaqının təcrübəsindən yararlanılıb», - deyə baş nazir bəyan edib.

Brifinq zamanı Avrasiya İqtisadi Komissiyasının sədri Tiqran Sərkisyan isə bəyan edib ki, sürücülük vəsiqəsi kimi ağrılı məsələ həll olunacaq. Çünki bir çox hallarda üzv ölkələrdə verilən sürücülük vəsiqələri Rusiya ərazisində qəbul edilmir. Onun sözlərinə görə, Aİİ ölkələri sürücülük vəsiqələrinin verilməsi ilə bağlı vahid qaydalar müəyyən etməlidirlər. İclasda Belarus tərəfi yenə də narazılığını açıq ifadə edib. Bəlli olduğu kimi, rəsmi Minsk quruma üzv qəbul olmazdan əvvəl də gələcək qurumun iqtisadi problemləri özündə birləşdirəcəyini bəyan edirdi. Belarusa özünün neft emal edən müəssislərini maksimal şəkildə yükləmək üçün ucuz və xeyli karbohidrogenlər gərəkdir. Əldə olunan məhsulu isə mənfəətli şəkildə həm daxili bazarda istifadə etmək və bazara çıxarmaq gərəkdir. Belarusun baş naziri Andrey Kobyakov bildirib ki, karbohidrogenlərin həcmi artırılmalı və daşınmaların sabitliyi təmin olunmalıdır. Minsk istəyir ki, məsələ müttəfiqlik münasibətləri çərçivəsində həllini tapsın. Baş nazir D.Medvedyev isə tərəfdaşlarını neft və qaz üzərində dayanmamağa çağırıb. «Həyat davam edir və daha maraqlı məsələlər var», - deyə D.Medvedyev bildirib. Bununla da o, informasiya texnologiyaları, innovasiyalar və s. məsələləri nəzərdə tutduğunu bildirib. Əlavə edib ki, gələcək bu məsələlər üzərində qurulub.

Rusiya baş naziri Qazaxıstan və Belarusun hərəkətlərindən ciddi narazılığını da ifadə edib. O bildirib ki, Astana və Minsk ucuz xammalı alır, sonra isə Rusiya bazarını ucuz şəkərlə, şirniyyat və içkilərlə doldururlar. Bu səbəbdən də Rusiya bazarında ölkə daxilində istehsal edilən «ağ ölüm»ə tələbat 40 faiz azalıb. Rusiyalı ekspertlər hesab edirlər ki, bununla da baş nazir demək istəyib ki, tərəfdaşlar Rusiyanı «sağmal inək» gözündə görürlər və bu yanaşmaya son qoymaq gərəkdir. Elə ermənilər də rusları bu gözdə görürlər. Rusiya mətbuatı xüsusi qeyd edir ki, ermənilər quruma üzv qəbul olarkən məhz bunu əsas götürüblər.

İrəvan sammitində Qırğızıstanla Qazaxıstan arasında yaşanan qalmaqal da diqqət mərkəzində olub. Qırğızıstanın baş naziri Sapar İsakov qonşusu ilə sərhəd problemini bir növ «tərəfdaşlıq məhkəməsinə» çıxarıb. İstisna deyil ki, bu qərara ümumi atmosfer də səbəb olub. Belə ki, İrəvandakı tədbirə bir neçə gün qalmış erməni prezidenti Serj Sərkisyan qırğız telekanalına verdiyi müsahibədə Qırğızıstan prezidenti Almazbek Atambayev haqqında müsbət danışıb. Erməni lider Atambayevin Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə münaqişəsində qırğız prezidentini öz ölkəsinin milli maraqlarının müdafiəçisi qismində görüb. Bir sıra erməni ekspertlər Sərkisyanın Nazarbayevlə münasibətlərində gərginliyin olduğunu bildirirlər. Xüsusən də Nazarbayevin Azərbaycanın ərazi bütövlüyünün bərpasının qızğın müdafiəçisi olduğu və bunu bir neçə dəfə açıq ifadə etdiyi vurğulanır.

Xatırladaq ki, Qırğızıstanla Qazaxıstan arasında bir müddətdir ki, sərhəd münaqişəsi yaşanır. Qırğız malları sərhəddə yığılıb qalıb. Qırğız baş nazir İsakov sərhəddə yaranmış gərginliklə bağlı həmkarlarına məlumat verib. Qazaxıstanın baş naziri Bakıtjan Saqinteyev isə bir qədər ehtiyatla qarşı tərəfi gömrük nizam-intizamını nəzərə almamaqda ittiham edib. Onun sözlərinə görə, Qırğızıstan aşağı tariflərlə Çin məhsullarını gömrükdə qeydiyyatdan keçirir və sonrada da onu Avrasiya İqtisadi İttifaqı bazarına başqa qiymətlərlə xırıd edir. Özü də bu malların keyfiyyəti ayrıca diqqət tələb edir.

Bütün bunlardan belə bir qənaətə gəlmək olar ki, qurum daxilində problemlər ciddi həddə çatıb. Və Rusiyanın himayəsi ilə qurulan bu qurum məhz iqtisadi problemlər üzündən dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Heç kimə sirr deyil ki, zorən qurulmuş və heç bir iqtisadi bazası olmayan bu qurumu heç kim, hətta ona daxil olan dövlətlər belə ciddi qəbul etmir. (kaspi.az)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *