vaxtlı-vaxtında oxuyun! Bazar, 9 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9335 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1717 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3185 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
21:00 | 29 oktyabr 2017 | Bazar Məqaləyə 763 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycan və Türkiyə...»

ABŞ kəşfiyyatının şok proqnozu - Rusiya dağılacaq, Ermənistan xəritədən silinəcək ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyanın siyasi mənzərəsi yenidən dəyişir və belə demək mümkünsə, siyasi xəritənin yenidən dizayn edilməsinə cəhd edilir. Yaxın və Uzaq Şərqdə, eləcə də Şərqi Avropada toqquşmaların siyasi müstəvidən hərbi sferaya keçməsi an məsələsinə çevrilib. Bu mənzərə fonunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) «kölgəsi» hesab olunan «Stratfor» kəşfiyyat-analitik mərkəzinin rəhbəri Corc Fridmanın 2030-cu il üçün verdiyi proqnozlar yada düşür.

Fridman 2030-cu ilə qədər Rusiya Federasiyası dağılacağını iddia edir. Bu proses Avrasiyada xaosa səbəb olacaq və yeni dövlətlər qurulacaq. Çeçenistan və Rusiyanın digər müsəlman əraziləri müstəqillik əldə edəcək, Finlandiya Kareyanı zəbt edəcək, Rumıniya isə Moldovanı özünə birləşdirəcək.

Qeyd edək ki, Rumıniya illərdir Moldovanı özünə birləşdirmək istəyir. Rumınlar hesab edirlər ki, Moldova xalqı ilə eyni kökə malikdirlər. Dünən Rusiyanın adamı hesab edilən Moldova prezidenti İqor Dodonun «mən Rumıniya ilə Moldovanın birləşməsinin əleyhinəyəm» açıqlamasını verməsi də Fridmanın proqnozu fonunda diqqət çəkir.

Fridman proqnozlarına davam edərək qeyd edir ki, Tibet Hindistanın köməyi ilə müstəqillik əldə edəcək, Tayvan isə Çində öz təsirini genişləndirəcək.

Rusiyanın yox olmasından sonra Gürcüstan Cənubi Osetiya və Abxaziyanı qaytaracaq, Ukrayna bu prosesdə ona ciddi dəstək verəcək. Orta Asiyanı da qaranlıq gələcək gözləyir. Dağılma prosesi Qazaxıstandan başlayacaq. Astana Amerika güclərinin müdaxiləsinin qarşısını ala bilməyəcək. Orta Asiya üçün ən qorxuncu ekstremistlərin ekspansiyasıdır. Bu, dünyəvi elitalarla radikalların toqquşmasına gətirib çıxaracaq. Regionda uzun illər davam edəcək vətəndaş müharibəsi yaşanacaq.

Proqnozda Rusiyasız qalan Ermənistanın sağ qalmayacağı deyilir. Bu ölkə Azərbaycan və Türkiyənin məngənəsində sıxılacaq və xəritədən silinəcək. Bakı və Ankaranın ittifaqı güclənəcək və regionda əsas faktora çevriləcək. Azərbaycan həm də gələcəkdə regiondakı proseslərin idarə olunmasında əsas məkana çevriləcək.

Proqnozlarda Çinin də zəifləyəcəyi, dağılmasa da, böyük güc itirəcəyi deyilir. Xüsusilə Sibirdə möhkəmlənən Amerika, Orta Asiyadan radikal dindarlar Çini sıxışdıracaq, Honkonqda isə «rəngli inqilab» başlayacaq. Regionda Yaponiya güclənəcək.

İranda dini hakimiyyət devriləcək. Tehranda şiə hakimiyyətinin devrilməsi Pakistana qədər sünni xilafətinin yaranması perspektivlərini açacaq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *