vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNEY  
22:11 | 30 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2631 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şərqi Azərbaycanda türk dilində 150 kitab nəşr edilib

Bu son ildə vilayətdə işıq üzü görən buraxılışın 9 faizidir

MÖVZU İLƏ ƏLAQƏLİ

Şərqi Azərbaycan vilayəti Mədəniyyət və İslami İrşad İdarəsinin sədri vilayətdə keçən illərə görə kitab nəşrinin 100 faiz artdığını bildirib. Məhəmməd Məhəmmədpurun verdiyi məlumatına əsasən, keçən hicri ilində Şərqi Azərbaycanda çap olan kitabların təqribən 9 faizi türk dilində olub.

«Anaj» xəbər agentliyinə müsahibə verən mədəniyyət idarəsi sədrinin dediklərinə görə, 1395-ci hicri ilində (20 mart 2016 – 20 mart 2017) təqribən 150-si türkcə olmaqla, vilayətdə 1600 kitab işıq üzü görüb.

Kitab nəşri və kitab bazarı ilə əlaqələnən fəallar İran Azərbaycanı və Tehranda türkcə kitabların nəşr prosesində məhdudiyyətlər və çətinliklərin tətbiq edildiyini önə çəkməklə bərabər əhali arasında türkcə kitablara rəğbətin də getdikcə artdığını vurğulayırlar.

«Qırmızım» adlı hekayəsi ilə 2016-cı il Beynəlxalq Mahmud Qaşqarlı Hekayə Yarışmasında birinciliyə layiq görülən Qəfur İmamizadə Xiyavinin müəllifi olduğu türkcə hekayə toplusu eyni adla İran Azərbaycanında nəşr edilib.

«Qırmızım» adlı hekayəsi ilə 2016-cı il Beynəlxalq Mahmud Qaşqarlı Hekayə Yarışmasında birinciliyə layiq görülən Qəfur İmamizadə Xiyavinin müəllifi olduğu türkcə hekayə toplusu eyni adla İran Azərbaycanında nəşr edilib.

Daha əvvəl Amerikanın Səsinə müsahibə verən fəal Vəhid Faizpurun sözlərinə görə, «Türkcə kitab nəşri mövzusunda nəşr problemləri ilə yanaşı bir də İranda türkcə təhsil üçün qanuni şəraitin olmamasına diqqət çəkmək lazimdir... Ancaq türkcə nəşrin İnqilabdan sonra sıfırdan başlaması və bütün basqılara baxmayaraq, fars toplumunda oxucu kütləsinin gedərək azalmasının əksinə türkcə oxuyanların sayı artır».

Yazar və türk dili öyrətməni Məhəmməd Rəhmanifər isə, ana dili ilə bağlı təşkil olunan kampaniyalar nəticəsində toplumda türkcə yazıb-oxuyanların sayının sürətlə artdığını ifadə edib.