vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
22:48 | 14 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2388 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Güneyli fəallar ərəb liderinə qarşı sui-qəsdə etiraz edir

Güney Azərbaycanın təşkilatları Əhməd Nisinin qətli ilə bağlı bəyanatlar yaydı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ölkə xaricində fəaliyyət göstərən «Güney Azərbaycan Milli Hərəkatı»na (GAMH) mənsub bir neçə təşkilat və siyasi qrup iranlı ərəb fəal Əhməd Nisinin noyabrın 8-də Hollandiyada qətlə yetirilməsi haqda bəyanat yayıb.

Əhməd Nisi adı ilə tanınan Əhvaz Azadlıq Hərəkatı təşkilatının qurucu lideri Əhməd Maula Əbu-Nəhd noyabrın 8-də Hollandiyanın Haaqa şəhərində evinin önündə naməlum şəxslər tərəfindən güllələnib.

Ərəb fəallar, habelə Nisi haqqında bəyanat yayımlayan güney təşkilatları onun qətlini terror aktı kimi dəyərləndirib və İrana bağlı qruplar tərəfindən həyata keçirildiyini önə çəkib.

Ərəb liderin ölümündən sonra onun İranda yaşayan qardaşlarının təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığına dair xəbərlər verilib.

Əhvaz Azadlıq Hərəkatı təşkilatı İranın Xuzistan vilayəti və ərəb əhalinin sıx yaşadığı digər regionlardan ibarət olan Əhvaz bölgəsinin müstəqilliyi uğrunda fəaliyyət etdiyini bildirir.

Nisinin qətlə yetirilməsi son günlərdə ərəb fəallardan əlavə digər qeyri-fars qruplar, o cümlədən türk fəalların da gündəmində olub.

Azərbaycan Demokratik Birliyi, Güney Azərbaycan Demokrat Partiyası və Dünya Azərbaycanlıları Konqresi kimi təşkilatların yayımladığı bəyanatda «Əhvazın ərəb millətinə» dəstək mesajı verilib.

Güney Azərbaycan Televiziyası (Günaz TV) isə Əhməd Nisinin qətli ilə bağlı özəl proqramlar yayımlayıb.