vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 yanvar 2018
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0780 AZN
Rusiya rublu 1 RUB = 0.0300 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3571 AZN
Türk lirəsi 1 TRY = 0.4447 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
15:16 | 27 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 238 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Çünki alternativi yoxdur»

Tatul Manaseryan: «Lavrov boş yerə demədi ki? Çıxsaq yerimizi Azərbaycan tutacaq...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən həftə Brüsseldə Avropa İttifaqı ilə hərtərəfli, genişləndirilmiş tərəfdaşlıq razılaşmasını imzalayandan sonra Ermənistanda «Putin ittifaqı»nı tərk etmək barədə məsələ yenidən gündəmə gəlib. Virtualaz.org xəbər verir ki, «Elk» («Çıxış») müxalifət fraksiyası Ermənistanın Avrasiya İttifaqını tərk etməsi barədə məsələni növbəti dəfə parlamentin müzakirəsinə çıxarıb. Və hakim Respublika partiyası yenə də bu təşəbbüsə qarşı çıxıb.

«Elk» fraksiyası mövqeyini belə əsaslandırır ki, Rusiya Azərbaycanı silahlandırır, Ermənistanın suverenliyini məhdudlaşdırır. Ona görə də bu ittifaqda qalmaq düzgün deyil. Xüsusən də ittifaqa qoşulmağın Ermənistana ciddi iqtisadi mənfəəti olmayıb.

Hakim partiya fraksiyasının üzvü, deputat Samvel Nikoyan isə deyib ki, Rusiyanın Azərbaycana silah satması «qəbuledilməzdir» və hakimiyyət bu məsələdə müxalifətlə razıdır. «Lakin biz də Rusiya ilə bağladığımız müqavilə əsasında daha ucuz qiymətə silahlar alırıq və öz təhlükəsizliyimizi təmin edirik» - Nikoyan bildirib.

Deputat razılaşıb ki, Avrasiya İttifaqında həlli tələb olunan çoxsaylı problemlər var, lakin bu ittifaq Ermənistan üçün yeni imkandır. «Təsəvvür edin ki, biz Avrasiya İttifaqının üzvü deyilik, o zaman kənd təsərrüfatı məhsullarımızı hara ixrac edərdik?» - Nikoyan sual edib.

Parlament dinləmələri zamanı iqtisadçı Tatul Manaseryan da Ermənistanın Avrasiya İttifaqını tərk etməsinə qarşı çıxıb. Bildirib ki, əgər Ermənistan ittifaqdan çıxsa yerini dərhal Azərbaycan tutacaq.

«Bir neçə gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov boş yerə demədi ki, Azərbaycanın Avrasiya İttifaqına qoşulması imkanlarını alqışlayır», - o deyib.

Manaseryanın sözlərinə görə, Ermənistanın bu ittifaqdan çıxması mövcud problemlərini həll etməyəcək. Çünki bunun alternativi yoxdur. «Təsəvvür edin ki, çıxdıq, hansı məsələmiz həll olunacaq, biz harada olacağıq?» - o əlavə edib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *