vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 26 aprel 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0771 AZN
Rusiya rublu 1 RUB = 0.0276 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3749 AZN
Türk lirəsi 1 TRY = 0.4159 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
11:56 | 11 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 634 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

NATO Kremlin Bakıya və İrəvana qarşı «3 C» siyasəti haqda

«Ermənistan Rusiyanın postsovet məkanında qurduğu ittifaqlardan ən zəif bəndidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

NATO-nun Müdafiə kolleci Rusiyanın Cənubi Qafqaz regionunda hərbi iştirakına dair hesabatla çıxış edib. Hesabata əsasən Moskvanın regionda hərbi iştirakı iki komponentdən ibarətdir. Birincisi, NATO təyyarələrini, habelə taktiki və operativ raketləri tutmaq imkanında olan güclü Hava Hücumundan Müdafiə sistemini özündə birləşdirən «məhdud çıxış» mexanizmlərinin istifadəsi. Belə vasitələr Rusiyanın Ermənistandakı Gümrü bazasında, habelə Erebuni aviabazasında cəmləşdirilib.

İkinci komponent Rusiyanın regionda yerləşdirdiyi «İsgəndər-M» operativ-taktiki raketləri və zərbə aviasiya qüvvələridir.

NATO analitikləri qeyd edirlər ki, Rusiya Cənubi Qafqaz respublikalarını «reinteqrasiya» etməyə çalışır və bu məqsədlə «3 C» prinsipindən istifadə edir. İngiliscə bu «Confrontation, Cooperation və Confusion» (konfrontasiya, əməkdaşlıq və qorxutma) sözlərinin birləşməsidir.

Hesabata əsasən bu prinsiplər regionun hər üç ölkəsinə qarşı tətbiq olunur. Bakıya və İrəvana gəldikdə isə Rusiya xüsusi olaraq balanslaşdırma sistemi tətbiq edir, bilərəkdən «ziddiyyətli siyasi mesajlar» göndərir, silah satır və regional təhlükəsizliyin bir sıra mürəkkəb məsələləri barədə siyasi «krışa» təmin edir. Moskva məhz bu manevrlər kompleksi sayəsində regionda status-kvonu saxlamaq üçün böyük potensiala malikdir. NATO isə əksinə, bu cür alətlərə malik deyil.

NATO analitiklərinin mövqeyinə görə region ölkələrinə, İrana və Azərbaycana «S-300» və «S-400» kimi yüksək texnologiyalara əsaslanan silah sistemlərinin satılması Moskvanın təkcə regiondakı maraqlarından irəli gəlmir. Burada məqsəd həm də Türkiyəyə dolayısı təzyiq formalaşdırmaqdır. Hansı ki, Türkiyə özü hazırda Rusiyadan «S-400» kompleksləri almaq üçün danışıqlar aparır və bu, NATO-da ciddi narahatlıq doğurur.

Hesabata əsasən Ermənistandakı «rus qalası»nın strateji əhəmiyyəti orada «İsgəndər-M» raket komplekslərinin yerləşdirilməsindədir. Hansı ki, bu komplekslərin «İsgəndər-K» tipli raketlərlə təchiz edildiyi, beləliklə də orta və yaxın mənzilli raketlərə dair müqavilənin tələblərinin pozulduğu təxmin edilir.

Lakin analitiklərə görə Ermənistan Rusiyanın postsovet məkanında qurduğu siyasi və iqtisadi ittifaqların ən zəif bəndidir. İrəvanın olduqca mürəkkəb geosiyasi vəziyyəti onu məcbur edir ki, Rusiya ilə ənənəvi dostluq münasibətləri ilə yanaşı öz xarici siyasətini də şaxələndirsin. (Virtualaz.org)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *