vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 yanvar 2018
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0780 AZN
Rusiya rublu 1 RUB = 0.0300 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3571 AZN
Türk lirəsi 1 TRY = 0.4447 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
OLAY  
10:08 | 14 dekabr 2017 | Cümə axşamı Məqaləyə 249 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kapitan icazə vermədi»

Bakı aeroportu ac sərnişinlərə görə məsuliyyəti britaniyalıların üzərinə qoydu

MÖVZU İLƏ ƏLAQƏLİ

Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakıda məcburi eniş etmiş Mumbay-London reysi sərnişinlərinin ittihamlarına cavab verilib. Xatırladaq ki, «British Airways» şirkətinin təyyarəsi ilə uçmuş sərnişinlər xarici KİV-ə verdikləri müsahibədə Bakı aeroportunda rastlaşdıqları laqeyd münasibətdən şikayətləniblər.

Virtualaz.org-un xahişi ilə baş verənləri şərh edərkən Heydər Əliyev Beynəlxalq aeroportunda bildiriblər ki, beynəlxalq təcrübəyə əsasən, reyslərin ləngiməsi və ya qəzalı enişlər zamanı aeroportlara xidmətlər haqda sifarişlər yalnız aviaşirkətlər, indiki halda British Airways tərəfindən, edilir.

«Bakıda məcburi enişdən dərhal sonra Heydər Əliyev Beynəlxalq aeroportu reysin sərnişinlərinə xidmətlərin bütün spektrini - isti qidalanmadan mehmanxanada yerləşdirməyə qədər, göstərmək üçün hazır idi. Beləliklə, sərnişinlərin Bakı aeroportunun tranzit zonasında yerləşdirilməsi haqqında qərar «British Airways» aviaşirkəti tərəfindən qəbul edilmişdi, yükü boşaltmağa da Britaniya aviaşirkətinin kapitanı icazə vermədi», - deyə aeroportun mətbuat xidmətindən qeyd ediblər.

Bundan başqa, AZAL Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi qabaqcadan Azərbaycanın Xarici İşlər Nazirliyi, Heydər Əliyev Beynəlxalq aeroportunun rəhbərliyi isə Böyük Britaniya səfirliyinin konsulluğu ilə «British Airways» şirkətinin müraciət edəcəyi təqdirdə reysin sərnişinlərinin mehmanxanada yerləşdiriləcəyi barədə danışıqlar aparmışdılar. Ancaq aviaşirkət tərəfindən belə müraciət edilməyib. O da maraqlıdır ki, «British Airways» təyyarəsinin ekipajı özü Bakı mehmanxanalarından birində qalmağa qərar verib.

«Sərnişinlərə yalnız sendviç və səhər yeməyinin verilməsi haqda sorğu da, həmçinin Britaniya aviaşirkətinin təşəbbüs ilə edilmişdi», - deyə xəbərdə vurğulanıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *