vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
CƏMİYYƏT  
21:46 | 15 dekabr 2017 | Cümə Məqaləyə 3075 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«British Airways»ın simicliyi

İstənilən halda sərnişinlərə cavabdeh aviaşirkətdir

Azər QƏRİBOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Yadımdadır, bir 10 il olar keçib üstündən, hansısa ölkədən çəkilişdən qayıdırdım. Yolum Vyanadan keçəsi oldu. Təyyarəmiz endi Vyanada. Enən kimi tez qaçdım ki, vaxt azdır, Bakiya gedən reysimə gecikməyim.

Tərslikdən, şiddətli qar yağırdı və elan etdilər ki, səhərə qədər uçuş olmayacaq.

Mənim də Şengen vizamın vaxtı qurtarıb. Nə edim, nə edim? Yaxınlaşdım Avstriya Hava Yollarının nümayəndəliyinə ki, bəs mən necə edim? Dedim, qaydalara əsasən siz məni yerbəyer etməlisiniz, isti yemək verməlisiniz və s.

Xanım mənə çox kobud cavab verdi, mən də cılovlanan adam, düşdü qırğın. O dedi, mən dedim. Ətrafdakı insanlar mənə dəstək verdi. Tez müdiri gəlib xanımı əvəz elədi ki, indi çalışarıq bir şey fikirləşək.

Uzun sözün qısası, 3-4 saat ayaq üstə qaldıq, nə su verən oldu, nə yemək verən, axırda böyük əsəbdən sonra bir günlük viza verdilər və mən gedib yaxınlıqda olan hoteldə gecələdim. Sözümü nəyə gətirirəm.

İndi oxuyuram, «British Airways»ın təyyarəsi nasazlıqdan Bakıda məcburi eniş edib. Sərnişinlər də narazılıq ediblər ki, bəs Bakı hava limanı onlara pis baxıb.

Deyim, siz də bilin. Hər bir halda sərnişinlərə cavabdeh aviaşirkətdir. Əgər şirkət hava limanına sifarış versə, tranzitdə qalan sərnişinlərə hindtoyuğu kababına qədər gətirib verərlər. Yox, əgər şirkət qənaət etmək istəyirsə, bu artıq hava limanının təqsiri deyil.

Bildiyimə görə, bizimkilər hətta Xarici İşlər Nazirliyi ilə də danışmışdılar ki, təcili viza verək, gedib hoteldə gecələsinlər. Sifariş verin, isti yeməklər gətirək və s… Lakin «British Airways» təklifdən imtina edib.

Pilotlar gedib hoteldə yeyib-içib, yatıblar. Sərnişinlərə isə yalnız su və buterbrod filan istəyiblər.

Ona görə indi bunların gedib xaricdə bizi pisləməsi obyektivlikdən çox kənar bir addımdır, boş yerdən antipiardır. Sizin aviaşirkət simiclik edib, öhdəliklərinə laqeyd yanaşıb, iradlarınızı onlara bildirin.

Özümüzün ətini yesəm də, sümüyünü tullamaram. Bu halda narazılıq edənlər tam haqsızdırlar...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)