
Rusiya hava sahəsi blokadada
Azərbaycan təyyarəsinin vurulmasından sonra təyyarə reysləri təhlükə altına düşüb
Azərbaycan təyyarəsinin vurulmasından sonra təyyarə reysləri təhlükə altına düşüb
Moskva vəziyyəti yoluna qoymaq əvəzinə girinc olub
... Yaxud qara məni basınca, mən qaranı basım
Rəsmilər qərarın bu gün üçün nəzərdə tutulduğunu deyir
Bakıdan Nyu-Yorka birbaşa uçuşlar dayandırılır
Fevralın sonuna kimi ...
Milli Qəhrəman Viktor Seryoginin anım günündə ona həsr edilmiş sənədli film təqdim olundu
İsrailin vitse-spikeri: “İkinci bir dövlət yoxdur ki, etibarlı və səmimi müttəfiq kimi qəbul edək”
Nazir: «Atılan addımlar davam etdiriləcək»
İstənilən halda sərnişinlərə cavabdeh aviaşirkətdir
Bakı aeroportu ac sərnişinlərə görə məsuliyyəti britaniyalıların üzərinə qoydu
Bakı aeroportunda Hindistan dövlət bankının eks-sədrinin başına gələnlər
Cahangir Əsgərov «Sukhoi Superjet»i bəyəndi, amma «Boeing» aldı
«Azərbaycan Hava Yolları» beş «B787-8 Dreamliner», iki «B747-8F» təyyarəsinin alınması barədə razılığa gəlib
4 «Boeing 787 Dreamliner» və 2 «Boeing 747-8 F» ...
«Baxil 3 qrivindir, amma xalaya bir az peraşki pulu da versəz sevinərəm»
Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-noyabr ayları ərzində 3,75 milyon sərnişinə xidmət göstərilib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 25 faizdən çoxdur. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.
Hesabat dövründə «Azərbaycan Hava Yolları» (AZAL) milli aviadaşıyıcısının payına 2,1 milyon sərnişin düşüb ki, bunun da 545 min nəfəri daxili reyslərlə daşınıb.
Hesabat dövründə 2017-ci ilin sentyabrından uçuşlar yerinə yetirməyə başlayan ilk milli lou-koster «Buta Airways» 55 min sərnişinə xidmət göstərmişdir.
Sərnişin dövriyyəsinin 85 faizi beynəlxalq reyslərin payına düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımaların 43 faizi AZAL-ın və «Buta Airways»in, 57 faizi xarici aviadaşıyıcıların payına düşüb.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir. 2,31 milyon sərnişin bu istiqamətlərə uçub.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti «Skytrax» tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.