
Rusiya hava sahəsi blokadada
Azərbaycan təyyarəsinin vurulmasından sonra təyyarə reysləri təhlükə altına düşüb
Azərbaycan təyyarəsinin vurulmasından sonra təyyarə reysləri təhlükə altına düşüb
Moskva vəziyyəti yoluna qoymaq əvəzinə girinc olub
... Yaxud qara məni basınca, mən qaranı basım
Rəsmilər qərarın bu gün üçün nəzərdə tutulduğunu deyir
Bakıdan Nyu-Yorka birbaşa uçuşlar dayandırılır
Fevralın sonuna kimi ...
Milli Qəhrəman Viktor Seryoginin anım günündə ona həsr edilmiş sənədli film təqdim olundu
İsrailin vitse-spikeri: “İkinci bir dövlət yoxdur ki, etibarlı və səmimi müttəfiq kimi qəbul edək”
Nazir: «Atılan addımlar davam etdiriləcək»
İstənilən halda sərnişinlərə cavabdeh aviaşirkətdir
Bakı aeroportu ac sərnişinlərə görə məsuliyyəti britaniyalıların üzərinə qoydu
Bakı aeroportunda Hindistan dövlət bankının eks-sədrinin başına gələnlər
Hava limanı 11 ayda 3,75 milyon sərnişinə xidmət göstərib
Cahangir Əsgərov «Sukhoi Superjet»i bəyəndi, amma «Boeing» aldı
4 «Boeing 787 Dreamliner» və 2 «Boeing 747-8 F» ...
«Baxil 3 qrivindir, amma xalaya bir az peraşki pulu da versəz sevinərəm»
«Azərbaycan Hava Yolları» (AZAL) QSC və «Boeing» Korporasiyası noyabrın 12-də beş «B787-8 Dreamliner» və iki B747-8F (və ya B777F) təyyarələrinin alınması barədə razılığa gəlib.
«Azərbaycan HavaYolları» QSC-nin mətbuat xidmətindən Report agentliyinə verilən məlumata görə, sazişi «Azərbaycan Hava Yolları» QSC-nin prezidenti Cahangir Əsgərov və «Boeing Commercial Airplanes»ın prezidenti və baş icraçı direktoru Kevin Makalister (Kevin McAllister) imzalayıb. Sazişin dəyəri 1,9 milyard dollar həcmində qiymətləndirilir.
Təyyarələrin gətirilməsi 2019-2020-ci illərə planlaşdırılır. Saziş ən böyük beynəlxalq aerokosmik sərgi «Dubai Airshow 2017» çərçivəsində imzalanıb.
«Əlavə «787 Dreamliner» təyyarələrini sifariş vermək qərarı aviaşirkətimizin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək - yeni təyyarələrin alınması bizə uçuşların coğrafiyasını genişləndirmək və artan sərnişin axınının öhdəsindən gəlməkdə kömək edəcək. Biz müasir sərnişin təyyarələrinin tədarükü, istismarı və xidməti sahəsində Azərbaycanın etibarlı tərəfdaşı olan «Boeing» Korporasiya ilə əməkdaşlığın genişlənməsindən məmnunuq», deyə AZAL QSC-nin prezidenti Cahangir Əsgərov bildirib.
«Biz «Azərbaycan Hava Yolları» aviaşirkətinin «Dreamliner» təyyarələrinə dəyişməz etimadını yüksək qiymətləndiririk», deyə «Boeing Commercial Airplanes»ın Prezidenti və baş icraçı direktoru Kevin Makalister əlavə edib. Yeni «787 Dreamliner» təyyarələrinin ən yüksək səviyyədə səmərəliliyi və rahatlığı təmin etməsi aviaşirkətin təyyarə parkının modernləşdirilməsi üzrə planlarına uyğundur və bu, yeni marşrutlar açmağa kömək edəcək və onların qarşıdakı uzun illər ərzində uzunmüddətli uğurunu təmin edəcək.
«Azərbaycan Hava Yolları» MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-cı ildə «Azərbaycan Hava Yolları» 2 milyondan çox sərnişin daşıyıb.
AZAL ən yeni təyyarə parklarından birinə malikdir. Aviaşirkət «Boeing» Korporasiyası ilə böyük əməkdaşlıq tarixinə malikdir və hazırda «Boeing 787 Dreamliner», «Boeing 767» və «Boeing 757» təyyarələrini istismar edir. Gələn ildən etibarən Azərbaycanın milli aviadaşıyıcısının hava gəmiləri parkına müasir «Boeing-737 MAX»təyyarələri əlavə olunacaq.
«Azərbaycan Hava Yolları» həmçinin «Airbus 340», «Airbus 320», «Airbus 319» və «Embraer 190» təyyarələrini uğurla istismar etməyə davam edir.