vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 avqust 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9343 AZN
Rusiya rublu 1 RUB = 0.0254 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1630 AZN
Türk lirəsi 1 TRY = 0.2909 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
KRİMİNAL, CİNAYƏT  
10:22 | 18 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 1206 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

11 tapança, 12 daraq və kokain...

Ankarada adı açıqlanmayan azərbaycanlıya aid lüks BMW-də nələr tapılmadı ki ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Ankarada növbə çəkən polis naryadı sürücüsünün hərəkətlərindən şübhələndiyi lüks BMW-ni saxlayıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, dekabrın 16-da gecə səhərə yaxın Ankara küçələrindən birində həmin şübhəli avtomobili saxlayan polislər axtarış zamanı çoxsaylı silah-sursat və kokain aşkar ediblər.

Avtomobilin sürücüsü E.K. adlı Azərbaycan vətəndaşıdır. Avtomobildə onun «qız arkadaşı» olduğu bildirilən T.Ö. adlı qadın da olub. Polislər tərəfindən aparılan axtarış zamanı avtomobildə «Sig Sauer» markalı 11 ədəd tapança, onlara aid 12 güllə darağı və 1 kiloqram 160 qram ağırlığında kokain tapılıb. Azərbaycan vətəndaşı və onunla birlikdə olan qadın saxlanılıb, Ankara polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinə aparılıb.

Silahların avtomobildəki gizli saxlanc yerində aşkarlandığı bildirilir. Həmin saxlanc yeri avtomobilin arxa şüşə silgəcinin motoruna birləşdirilmiş xüsusi mexanizmlə açılırmış. Polis bu gizli mexanizmi axtarış zamanı aşkar edib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *