
Klassik şərq diplomatiyası ...
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
18 may 1992, Ankara
Əgər dünyadan geri qalmaq istəmiriksə, ...
... Qarabağ nəqliyyat və sülh qovşağına çevrilir
... və formalaşan reallıqlar
Başqa dövlətin Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur
Azərbaycanda Türkiyə və ya Pakistan hərbi bazaları lazımdırmı?
Dilimiz və mədəniyyətimiz yaşamayacaqsa, bu dövlətin varlığı kimə lazımdır?
Ermənistan niyə Türkiyə ilə münasibətləri normallaşdırmağa can atır?
Çipdə zəruri məlumatlar saxlanılacaq
Putin Leinini niyə sevmir?
Döyüşmədən düşməni məğlub etmək müharibə sənətinin zirvəsidir
Yaxın Şərq yenidən dizayn edilərkən, yeni bir Qafqaz da formalaşır
Moskva və Tehran eyni vaxtda, tam koordinasiyalı şəkildə Azərbaycanın üzərinə gəlir
İyulun 12-dən başlayaraq Ermənistan hərbi qüvvələrinin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat, düşmən hücumunun rəşadətli ordumuz tərəfindən dəf edilməsi və düşmənə ağır zərbə vurulması dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız arasında geniş rezonans doğurub. Türkiyədə keçirilən Azərbaycana dəstək aksiyaları iki ölkənin qardaşlığının növbəti nümayişi oldu.
İyulun 17-də İstanbulun mərkəzi rayonlarından olan Beşiktaşda Türkiyə siyasi partiyalarının nümayəndələri tərəfindən Azərbaycana dəstək aksiyası keçirilib. Aksiyada işğalçı Ermənistanın Azərbaycan torpaqlarını dərhal tərk etməsi tələb olunub, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanla sərhəddə törədilən təxribat şiddətlə qınanıb.
Aksiyada çıxış edənlər bildiriblər ki, Ermənistanın bu təxribatı, eyni zamanda Cənubi Qafqazda daimi sülh və sabitliyi təhlükə altına salır. Bu qəfil hücum Ermənistanın Azərbaycana qarşı aqressiv münasibətini bir daha göstərdi. Vurğulanıb ki, beynəlxalq cəmiyyət bu təxribata biganə qalmamalı, Ermənistan dövlətinə həddini bildirməlidir.
***
İyulun 19-da İstanbulun “Beyazıt meydanı”nda Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatla bağlı etiraz aksiyası keçirilib. Tədbirdə İstanbulda fəaliyyət göstərən Azərbaycan-Türkiyə dostluq cəmiyyətlərinin nümayəndələri, ictimai xadimlər, burada yaşayan, işləyən, təhsil alan soydaşlarımız iştirak ediblər. Tədbirdə çıxış edənlər, XX əsrin əvvəllərində olduğu kimi, tarixi bir daha təkrarlamağa, erməni işğalına birlikdə son qoymağa hər an hazır olduqlarını bildiriblər.
Aksiyadan sonra iştirakçılar 1918-ci ildə Bakının işğaldan azad olunmasında tarixi rol oynayan Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın və Azərbaycan xalqının böyük oğlu, ictimai-siyasi və dövlət xadimi Əhməd Ağaoğlunun məzarlarını ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən şüarlar səsləndirilib, iki qardaş ölkənin qəhrəman övladları, şəhidlər – general Polad Həşimovun, Ömer Halisdemirin və Milli Qəhrəman Mübariz İbrahimovun fotoşəkilləri önündə hərbi salam verilib, and içilib.
***
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Dünya Türk Birliyi (DTB) təşkilatı “Erməni işğalına son!” şüarı altında Ankara şəhərində mitinq təşkil edib.
Mitinq şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, TADƏHF-in sədri, professor Aygün Əttar, DTB-nin sədri Murat Çobanoğlu və Turan İlləri Konfederasiyasının (TİK) sədri Hüseyn Avcı aksiyada çıxış ediblər.
Ermənistanın Azərbaycana qarşı illərdən bəri davam edən işğalçılıq siyasətindən bəhs edən səfir Xəzər İbrahim son günlər Tovuz rayonu istiqamətində ölkəmizə qarşı törədilən hərbi təxribatlardan danışıb. Qardaş Türkiyənin Azərbaycana dəstəyinin qürur mənbəyi olduğunu vurğulayan səfir bildirib ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan bütün şəraitlərdə ölkələrimizin və xalqlarımızın maraq və mənafelərini qarşılıqlı şəkildə müdafiə edirlər.
Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə dərhal son qoyulmasını tələb edən professor Aygün Əttar əminliklə bildirib ki, son günlər düşmənin davamlı hərbi təxribatlarının qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu işğal altındakı torpaqları düşməndən azad etmək iqtidarındadır.
DTB-nin sədri Murat Çobanoğlu və TİK-in sədri Hüseyn Avcı bildiriblər ki, bütün Türk dünyası haqq işində Azərbaycanın arxasında dayanıb. Beynəlxalq ictimaiyyət qətiyyətli mövqe göstərməli, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır.
***
İyulun 19-da Ankarada təcavüzkar Ermənistana etiraz əlaməti olaraq Türkiyə dövlətinin və xalqının Azərbaycana dəstəyinə minnətdarlıq məqsədilə aksiya keçirildi. COVİD-19 pandemiyası səbəbindən kütləvi toplantı və yürüşlərlə bağlı məhdudiyyətləri nəzərə alan tədbir iştirakçıları Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarı olan Anıtqəbir kompleksinə çələnglər qoydular.
Protokola uyğun olaraq digər dövlətlərin bayraqlarının Anıtqəbir kompleksində qaldırılmasına izn verilmir. Səfir Xəzər İbrahimin xahişini nəzərə alan Türkiyə tərəfi Azərbaycan bayrağının kompleksdə dalğalandırılmasına razılıq vermişdi. O cümlədən Mustafa Kamal Atatürkün məzarı önünə qoyulan əklil üzərində Azərbaycan və Türkiyənin dövlət bayraqları yer almışdı.
Tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, Türk Dünyası Parlamentarlar Birliyi, Türkiyə-Azərbaycan İş Adamları Birliyi (TAİB), Osmanlı Ülkü Ocaqları Federasiyası, başqa qurum və dərnək üzvləri, Ankarada yaşayan azərbaycanlılar iştirak edirdilər.
Səfir Xəzər İbrahim tədbirə qatılanlara təşəkkür edərək bildirdi ki, ölkələrimizin ən ağır və ən sevincli günlərində Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin yanında olub: “Qazi Mustafa Kamal Atatürkün məzarı önündə biz bunu bir daha bəyan etmək istədik”.
Türkiyə Prezidentinin baş müşaviri Necdet Ünüvar Rəcəb Tayyib Ərdoğanın “Dağlıq Qarabağ bizim içimizdə də qanayan bir yaradır” ifadəsini xatırladaraq bildirdi ki, Ermənistan Azərbaycan torpaqlarında işğalçılığını davam etdirir və Türkiyə buna seyrçi qala bilməz.
Tədbir iştirakçıları Qarabağ və Türkiyə-Azərbaycan dostluğu ilə bağlı şüarlar səsləndirdilər.
Aksiyanın təşkilatçılarından olan Səidə Ekmən bildirdi ki, Türkiyənin hər zaman hər zaman Azərbaycanın yanında olması bizlərə güc verir: “Burada söhbət iki millətin ortaq tarixindən, ortaq acısından gedir. Biz sülh tərəfdarıyıq. Ancaq işğal edilən torpaqlarımızın geri qaytarılması, ərazi bütövlüyümüzün təmin edilməsi üçün nə gərəkdirsə, etməyə hazırıq. Türkiyə dövlətinin və xalqının Azərbaycana göstərdiyi dəstəkdən qürur duyuruq”.
Türkiyə-Azərbaycan İş Adamları Birliyinin (TAİB) təmsilçiləri, Ankarada yaşayan soydaşlarımız və tələbələr Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin məzarını da ziyarət etdilər. Azərbaycanın Dövlət himni, bütün şəhidlərimizin və Rəsulzadənin ruhuna dualar oxundu.
Qeyd edək ki, Azərbaycana dəstək aksiyaları Türkiyənin digər şəhərlərində də keçirilir.