vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9649 AZN
Rusiya rublu 1 RUB = 0.0260 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2393 AZN
Türk lirəsi 1 TRY = 0.2990 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AVROPA  
11:49 | 18 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 1151 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Korrupsiya ilə mübarizə aparan bədxərc vəliəhd

Öz ölkəsində korrupsionerlərə müharibə elan edən Məhəmməd bin Salman dünyanın ən bahalı mülkünü alıb

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Daily Telegraph» yazır ki, öz ölkəsində korrupsiyaya qarşı müharibə elan edərək ən varlı adamları məhbusluqda saxlayan Səudiyyə vəliəhdi dünyanın ən bahalı malikanəsini alıbmış.

Fransanın Versal şəhərinin yaxınlığındakı 4645 kvadrat metrlik mülk əslində 14-cü Lüdoviqin qəsri  («Chateau Louis» XIV) adlı saraydır. Saray 2015-ci ildə 275 milyon avroya satılıb.

Satış zamanı alıcının adı elan edilməmişdi, lakin indi «New York Times» qəzeti yazır ki, onun təhqiqatı sarayın yeni sahibinin Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman olduğunu üzə çıxarıb.

Qəzetin apardığı təhqiqat göstərib ki, «Forbes» jurnalının «dünyanın ən bahalı mülkü» adlandırdığı malikanənin alqı-satı sənədlərinin izi Səudiyyə taxt-tacının vəliəhdinə gedib çıxır.

«The Telegraph» yazır ki, bu xəbərlər çox güman 32 yaşlı şahzadənin pərtliyinə səbəb olacaq. Axı o öz ölkəsində qənaətcilliyə və sadəliyə çağırıb və krallığın zənginləri üzərinə antikorrupsiya hücumu elan edib.

Səudiyyədən alınan son xəbərlərdə deyilirdi ki, şahanə mülklərdə yatmağa öyrəncəli bir çox Səudiyyə varlısı Riyaddakı Ritz Çarlton otelində girov saxlanırdı.

Onlara əldə etdikləri sərvəti təhvil verib azadlığa çıxmaları təklif olunmuşdu.

«The New York Times» yazır ki, 14-cü Lüdoviqin qəsrinə aid alqı-satqı sənədləri Fransa və Lüksemburqda qeydiyyatdan keçmiş bir neçə ofşor şirkətində gizlədilib.

Lakin bütün bu ofşor şirkətləri «Eight Investment Company» adlı şirkətə bağlıdır. Bu şirkət isə şahzadə Məhəmmədin şəxsi fonduna daxildir.

«The New York Time» yazır ki, Səudiyyə vəliəhdi Fransadakı bu qəsrlə yanaşı 500 milyon dollarlıq yaxta və Leonardo da Vinçinin 450 milyon dollarlıq tablosunu da alıb.

«Eight Investment» şirkəti habelə bu yaxınlarda Paris yaxınlığındakı Konde-sür-Vesqr yaxınlığındakı 2, 5 kvadrat kilometrlik mülkiyyəti əldə edib.

14-cü Lüdoviqin qəsri 17-ci əsr fransız qəsrlərinin üslubunda tikilsə də, əslində bir neçə il bundan əvvəl ucaldılıb.

Burada örtülü və açıq hovuzlar, kinoteatr, iki bal zalı və gecə klubu var.

Malikanədə 10 yataq otağının olduğu, zirzəmisində isə 3 min şüşə şərabın saxlandığı deyilir.

Buradakı akvariumda nəhəng nərə balığı üzür.

 

 

 

 

İraq gözəlinin ailəsi bir selfiyə görə ölkədən qaçmalı olub

«The Telegraph» və «The Independent» qəzetlərində dərc olunmuş başqa bir məqalədə deyilir ki, «İraq gözəli» titulunu daşıyan qadının ailəsi ölkədən qaçmağa məcbur edilib.

Buna səbəb miss İraqın İsrail gözəli ilə selfi çəkdirməsi olub.

Dünya Gözəli Müsabiqəsinin iştirakçısı Sara İdan İsrail gözəli Adar Qandelsmanla selfi çəkdirdiyinə görə öz ölkəsində kəskin tənqidlərlə üzləşib.

Ötən ay ABŞ-ın Las Veqas şəhərində keçirilən yarışma zamanı iki gözəllik kralıçası birlikdə çəkdirdikləri selfini «İnstagram» platformasına yükləmişdilər.

Xanım İdan fotoya belə bir başlıq vermişdi: «Miss İraq və miss İsraildən Sülh və Sevgilərlə».

Hər iki şəklə 5 min «like» qoyulsa da, çox sayda təhqir və hədə də yazılıb.

Məqalədə deyilir ki, özü Birləşmiş Ştatlarda yaşayan İraq Gözəllik kralıçasının ailəsi bu hədələrdən qorxaraq İraqdan qaçmalı olub.

Xanım İdan ailə üzvlərinin harada olduqları barədə məlumat verməyib, eləcə deyib ki, onlar gizlənirlər.

İraq mediası yazır ki, xanım İdanın bikinili fotoları iraqlıların böyük bir qisminin qəzəbinə səbəb olub.

Xanım Qandelsman isə İsrail telekanalına deyib ki, çox güman İraq Saranı gözəllik tacından məhrum edəcək.

Maraqlıdır ki, xanım İdan sözü gedən fotonu «Instagram»dan yığışdırmayıb və əksinə ərəbdilli sosial medialardan birində hərəkətinə haqq qazandırmağa çalışıb.

O yazıb: «Mən bu fotolarla yalnız onu vurğulamaq istəyirdim ki, iki ölkə arasında sülhə ümid bəsləyirəm».

27 yaşlı Sara bunu da qeyd edir ki, onun selfiləri internetə yükləməsi İsrail dövləti və onun siyasətinin dəstəklənməsi kimi başa düşülməməlidir.

Buna baxmayaraq iraqlı qadın, bu hərəkəti Fələstin uğrunda mübarizəyə kölgə sayan bir akt hesab edən həmvətənlərindən üzrxahlıq edir.

Bundan əvvəl Livan gözəllik kralıçaları Sali Griq və Amanda Hannanın İsraillə əlaqələrinə görə titullarından məhrum edilmələrinə çağırışlar edilib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *