
Gündəmdə neft hasilatı artır
“OPEC+”un qərarı qiymətlərə təsir edir
“OPEC+”un qərarı qiymətlərə təsir edir
Neft son iki ilin ən böyük həftəlik enişinə doğru gedir
Qara qızıl ABŞ-dan tələbin artmasına və atəşkəslə bağlı narahatlıqlara görə yüksəlir
Qara qızılın qyməti atəşkəs xəbərləri ilə 4 faiz düşdü
“Neftin qiymətini artırmayın, hamınızı izləyirik”
Bazar qoxunu həmən hiss edir
İranın boş əraziyə raket atması neft qiymətlərinə mənfi təsir etdi
Trampdan neft çağırışı
Asiyada LNG qiymətləri son 4 ayın ən yüksək səviyyəsinə çatıb
ABŞ-ın İranın nüvə obyektlərini vurmasından sonra birjalar şökür
“JPMorgan” İran rejimiylə əlaqədar neft qiymətləri ilə bağlı xəbərdarlıq edib
Hörmüz boğazında ABŞ-İran gərginliyi
Qiymətin 110 dollara çata biləcəyi barədə xəbərdarlıq
ABŞ-ın hücumunun neft bazarına təsiri
Ağ Ev qiymətlərin “fontan” vuracağından ehtiyat edir
“Greenpeace” ekoloji fəlakət barədə xəbərdarlıq edir
Bakı vaxtı ilə saat 09:45-də “Brent” nefti 73,86 dollardan alıcı tapıb. Dünən “Brent” neftinin qiyməti 75 dollara yaxınlaşmışdı. Ehtimal olunur ki, Fransa Prezidenti Emmanuel Macronın İranla nüvə müqaviləsi barədə müzakirə təklif etməsi neft qiymətlərini ucuzlaşdırıb.
Belə ki, Emmanuel Makron ABŞ-a İranla nüvə müqaviləsi məsələsində yeni bir müzakirə təklif edib. Yeni müzakirələr olarsa və müsbət nəticələnərsə, İrana sanksiyalar tətbiq edilməyəcək. Belə vəziyyətdə OPEC-in aparıcı üzvlərindən biri olan İranın neft təklifi azalmayacaq. Bu narahatlığın azalması ilə neft qiymətləri düşür.
Qeyd edək ki, Makron, Vaşinqton səfəri zamanı, İranın ballistik raket inkişaf etdirməsini və nüvə proqramını dayandırmaq üçün yeni bir İran müqaviləsi istədiyini söyləyib. ABŞ Prezidenti Donald Tramp, daha əvvəl verdiyi açıqlamada, ABŞ 2015-ci il tarixli müqavilədən çıxsa belə, İranı nüvə proqramına yenidən başlamaması barədə xəbərdarlıq etmişdi.
***
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,0 dollar və yaxud 1,33 faiz artıb.
“Azeri Light” neftinin qiyməti 76,25 dollar/barelə bərabər olub.
Xatırladaq ki, “Azeri LT CIF” markalı neftin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.