vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
13:15 | 26 dekabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2655 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyalı bloqqer Azərbaycandan üzr istədi

Vladimir Kezlinqin: «Səfərimdə hər hansı bir siyasi məqsəd olmayıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyalı fotoqraf və bloqqer Vladimir Kezlinqin adı «Arzuolunmaz şəxslər siyahısı»ndan çıxarılıb. Bu barədə virtualaz.org-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, fotoqraf Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğuna məktubla müraciət edərək, adının «Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı»ndan çıxarılmasını xahiş edib.

Məktubunda V.Kezlinq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmət etdiyini bildirib və Azərbaycan hökumətinin müvafiq razılığı olmadan Azərbaycanın işğal edilmiş ərazilərinə səfərinin hər hansı bir siyasi məqsəd güdmədiyini vurğulayıb.

V.Kezlinq Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini bildirib.

V. Kezlinqin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının «Arzuolunmaz şəxslər siyahısı»ndan çıxarılmasına dair qərar qəbul edilib.