vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
11:43 | 3 may 2018 | Cümə axşamı Məqaləyə 2231 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putinin arxayınlığının sirri

“Ermənistanda yaxşı bilirlər ki, Moskvadan üz döndərsələr Azərbaycan əzəcək...”

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda baş verən hadisələr əlbəttə ki, Rusiya prezidenti Vladimir Putin üçün xoşagəlməz xəbərlərdir. Lakin Ermənistandakı situasiya ilə bağlı Kreml, daha doğrusu Putin tamamilə rasional mövqe tutub: rəsmi təbliğat Qərbin növbəti rəngli inqilab həyata keçirdiyi barədə hay-küy salmır, hadisələrə reaksiyalar xeyli təmkinlidir.

Bəs bunun sirri nədədir? Rusiyalı politoloq Dmitri Oreşkin “Novoe Vremya” portalına şərhində bildirib ki, Kreml hakimiyyətə kimin gəlişindən asılı olmayaraq Ermənistanın Rusiyanın nəzarətində qalacağına əmindir və bu səbəbdən arxayındır. Çünki Rusiyasız Ermənistanın nə iqtisadiyyatı, nə müdafiə qabiliyyəti mövcud deyil.

“Və Ermənistanda da gözəl başa düşürlər ki, əgər onların hakimiyyəti Moskvadan üz döndərməyə başlasa Azərbaycanın hücumu ilə qarşılaşacaqlar. Üstəlik qalibiyyət hücumu, çünki rəqib olduqca güclüdür”-Oreşkin deyib.

Ekspert əlavə edib ki, İrəvanda Moskvadan həyati asılılığı dərk edirlər. Ona görə də erməni liderinin familiyasının necə olmasından asılı olmayaraq birinci səfərini Moskvaya edəcək. “Və özünü Kremlin istədiyi kimi aparacaq”, - Oreşkin bildirib.

Xatırladaq ki, Ermənistanda Serj Sərkisyanı istefaya məcbur edən Nikol Paşinyan əvvəlki antirusiya mövqeyindən çəkilib və Rusiya ilə münasibətlərdə heç bir dəyişiklik etmək niyyətində olmadıqlarını, əksinə, münasibətləri gücləndirəcəklərini deyir.